Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

Estoniya kəşfiyyatı Ukraynanın Kursk vilayətindən öz hərbi kontingentini tədricən çıxardığı haqda məlumatı təsdiqləyib. “European Pravda” xəbər verir ki, bu barədə Estoniya kəşfiyyatının rəhbərinin müavini Janek Kesselmann bildirib. Estoniyalı kəşfiyyatçı bildirib ki, hazırda Rusiya-Ukrayna müharibəsində ən aktiv hərəkət Kursk vilayətində nəzərə çarpır. Kesselmann, hazırda Ukrayna kontingentinin Kursk bölgəsindən mütəşəkkil şəkildə çıxarılmasını təsdiq edən məlumatların olduğunu bildirməklə yanaşı,ölkənin kəşfiyyat mərkəzinə Rusiya Federasiyasının son aylarda Kursk istiqamətində kontingentini xeyli artırdığı barədə heç bir məlumatın daxil olmadığını vurğulayıb. “Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri isə onu göstərir ki, Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Kursk istiqamətindən geri çəkilmək barədə qərar qəbul edib. Kesselmann onu da qeyd edib ki, Kursk vilayətində hələ də uzun sürən döyüşlər davam edir ki, bu, Ukrayna bölmələrinin geri çəkilməsinə və ya yer dəyişməsinə imkan verəcək. O, həmçinin belə bir məqamı da vurğulayıb ki, KİV-də Rusiyanın kütləvi təbliğat kampaniyası müşahidə olunur. Digər istiqamətlərdən danışan Kesselmann bildirib ki, Rusiya Donetsk bölgəsində, xüsusən də Pokrovsk istiqamətində irəliləməyə davam edir.Belə ki, martın 10-da Britaniya kəşfiyyatı bildirib ki, Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk bölgəsində bir sıra əks-hücumlar həyata keçirib, Kursk vilayətində isə Rusiya ordusu Ukrayna bölmələrinə təzyiq edir. Martın 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə məlumat yayıb ki, rus işğalçıları cəbhənin 10 istiqamətində Müdafiə Qüvvələrinin mövqelərinə 84 dəfə hücum edib. Ən aktiv hücum Pokrovsk istiqamətidir, hansı ki,bu istiqamətdə gün ərzində düşmənin beş hücumu dəf edilib. Və Kursk bölgəsində döyüşlər davam edir. Martın 14-də ABŞ prezidenti Donald Tramp isə, çox güman ki, Rusiya Federasiyasının Kursk vilayətində baş verən son hadisələrə və Rusiya tərəfinin məlumatına istinad edərək deyib ki, hazırda Kursk vilayətində Rusiyanın tam mühasirəsində olan minlərlə ukraynalı hərbçi var.Mən Putindən xahiş etdim ki, onların canını bağışlasın. Əks təqdirdə bu, İkinci Dünya Müharibəsindən bəri misli görülməyən dəhşətli qırğın olardı!"Hazırda “minlərlə Ukrayna əsgəri tamamilə Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb və onlar çox pis və həssas vəziyyətdədir”.
Beləliklə Estoniya kəşfiyyatının məlumatı daha dolğun olmaqla yanaşı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının və Böyük Britaniya Kəşfiyyatının məlumatıyla üst-üstə düşür.Görünür ya Rusiya vəziyyətdən sui-istifadə etmək məqsədiylə təbliğat xarakterli dezinformasıya yayıb.Hansı ki,Tramp da həmin dezinformasiyanın təsiri altında həmin bəyanatı verib.Ya da Tramp özü məqsədyönlü şəkildə dezinformasiyaya meyl edir.
Surxay Əliyev