C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

ABŞ-ın vitse-prezidenti C.Vens Martın 13-də axşam Vaşinqtonda Kennedi adına İfaçılıq Sənəti Mərkəzində həyat yoldaşı ilə birlikdə Milli Simfonik Orkestrin konsertinə qatılarkən tamaşaçılar onu fitə basdılar. Bu barədə Washington Post məlumat yayıb. Hadisə tədbirin əvvəlində, musiqiçilər səhnəyə çıxdığı vaxt baş verib. Vens lojada görünən kimi, konsertə gələn tamaşaçılar onu fitə basaraq qarşıladılar və bu səs-küy 30 saniyədən çox davam etdi. Nəşrin yazdığına görə, ziyarətçilərin Vensin görünüşünə sərt reaksiya verməsinin səbəbi ABŞ prezidenti və onun administrasiyasının Kennedi Mərkəzinin fəaliyyətinə müdaxiləsi olub. Belə ki,2025-ci ilin fevralında Donald Tramp Kennedi Mərkəzinin Qəyyumlar Şurasının sədri seçildi, bundan sonra o, qurumun hazırkı repertuarından narazı olduğunu bildirdi və daha sonra bir sıra məşhur konsertlər ləğv edildi. Bundan əlavə, WP xəbər verir ki, martın 13-də konsert C. Vens gəlməmişdən əvvəl kompleks təhlükəsizlik tədbirləri görüldüyü üçün konsert yarım saat gec başlayıb.
Surxay Əliyev