Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

ABŞ prezidenti Donald Tramp Kreml rəhbəri Putinlə telefon danışığı aparıb. ABŞ prezidenti TruthSocial sosial şəbəkəsində müzakirələri "çox yaxşı və məhsuldar" adlandıraraq, müharibəni bitirmək üçün yaxşı şans gördüyünü qeyd edib. Eyni zamanda Tramp yazıb ki, hazırda Kursk vilayətində tamamilə Rusiyanın mühasirəsində olan minlərlə ukraynalı hərbçi var: "Prezident Putindən xahiş etdim ki, onların canını bağışlasın. Əks təqdirdə bu, İkinci Dünya Müharibəsindən bəri misli görülməyən dəhşətli qırğın olardı!"
Surxay Əliyev