Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

TASS-ın verdiyi məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff artıq Moskvanı tərk edib. Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, dövlət başçısı Vladimir Putinlə Vitkov arasında görüş cümə axşamı baş tutacaq. Göyərtəsində Amerikanın xüsusi nümayəndəsi olan təyyarə martın 13-də Rusiyaya eniş edib. Flightradar-ın məlumatına görə, Stiven Vitkoffun təyyarəsi Moskvadanı tərk edib, hazırda Bakıdadır.
Surxay Əliyev