Tramp “atəşkəsə” görə Moskvanı hədələdi

Kremli hədələyən ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər Moskva Ukrayna ilə atəşkəsə razılaşmasa, bu Rusiya üçün “dağıdıcı” nəticələrə səbəb ola bilər. Tramp bildirib ki, Moskva ABŞ -Ukrayna razılaşmasından imtina edərsə, ABŞ Rusiyaya qarşı dağıdıçı tədbirlər görməyə hazırdır. Lakin Tramp sülhə can atdığı üçün bu cür tədbirlərə əl atmaq istəmədiyini vurğulayıb. Bu barədə ABŞ prezidenti çərşənbə günü İrlandiyanın baş naziri Mixayıll Martinlə görüşündə Kiyevin ABŞ-ın Ukraynada atəşkəs planını dəstəkləməsindən bir gün sonra bəyanat verilib. Atəşkəs danışıqlarının reallaşması üçün Rusiya prezidenti Vladimir Putinə təzyiq etməyə hazır olub-olmaması ilə bağlı suala isə Tramp belə cavab verib: “Bəli, edə bilərik. Amma ümid edirəm ki, buna ehtiyac olmayacaq”.
Surxay Əliyev