Bu ölkədə bahalıqdan şikayət edən təqaüdçüləri polis həbs etdi

Argentina paytaxtının mərkəzində konqres binasının yaxınlığında etiraz aksiyası keçirilib. Burada yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən təqaüdçülərlə yanaşı, onlara dəstək olmaq üçün gələn futbolsevərlər də iştirak edib. Buenos-Ayresin mərkəzində keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları 150 nəfəri həbs edib. Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç “LN+” telekanalına müsahibəsində bildirib ki, nümayişlər zamanı 15 polis əməkdaşı yaralanıb.
Mətləb Salahov