Orban Rusiya-Ukrayna sülh masasında yer tələb edən Aİ-ni sərt tənqid etdi – siz buna layiq deyilsiniz...

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Rusiya-Ukrayna sülh danışıqlarına cəlb olunması tələbini sərt tənqid edib. Avropanın əvvəlcə danışıqlarda iştiraka layiq olduğunu göstərməsi gərəkdiyini deyən Orban Brüsselin siyasətini “mənəvi və siyasi baxımdan qəbuledilməz” adlandırıb.
O, deyib ki, ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin sülh danışıqları apardığı bir vaxtda, AB rəsmiləri lazımsız açıqlamalar verirlər: “Siz danışıqlar masasına oturmağı tələb edə bilməzsiniz, çünki buna layiq olmalısınız! Güc, yaxşı liderlik və ağıllı diplomatiya ilə... Brüsselin mövqeyi budur: Ölümlər davam etdikcə dəstək. Bu, mənəvi və siyasi baxımdan qəbuledilməzdir".
TAHİR