ABŞ Ukraynaya 675 milyonluq silah verir

Pentaqondan Ukraynaya GPS-lə idarə olunan “Excalibur” artilleriya mərmiləri göndərilib. Baki-xeber.com “Ukrainskaya Pravda”ya istinadən bildirir ki, bundan öncə Ukraynaya bu mərmilər verilməyib. İki metrlik radiusda hədəfi vuran mərmi ilk dəfə 2007-ci ildə Əl-Qaidə lideri Əbu Jur və onun tərəfdarlarının zərərsizləşdirilməsi zamanı istifadə edilib. Aylar əvvəl açıqlanmayan büdcə sənədlərinə görə ABŞ Ukraynaya kömək üçün “Excalibur” silahına 92 milyon dollar xərcləyəcək. Mərmi 40.5 km də uçmaq qabiliyyətinə sahibdir. Bu silah komandirlərə döyüş meydanını dəqiq nişan almaq üçün çox kömək edir. Qeyd edək ki, cümə axşamı Pentaqon Ukraynaya 675 milyon dollarlıq silah tədarükünü elan edəcək.
Ceyhun MİRZƏLİ