Cümə günü, 25 iyul 2025
     

Ermənistan Ukraynaya silah yardımına başladı...

Image

"Ermənistan ABŞ-ın köməyi və vasitəçiliyi ilə Ukraynaya "Toçka-U" raketləri ötürməyə razılıq verib". Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, belə bir iddia ilə Kremlə yaxın mənbələr çıxış edib: "Amma hələ ki, bu iddianı təsdiqləyəcək sübut yoxdur. Ermənistanın Ukraynaya ötürə biləcəyi silahların sayı da məlum deyil". Həmçinin qeyd olunub ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşır. Vurğulanıb ki, bu proseslər İrəvanla Moskva arasında münasibətlərin pisləşməsi fonunda baş verir.

Şübhə yoxdur ki, Ermənistandan Ukraynaya silah ötürülməsi Rusiyada xoş qarşıalnmayacaq. Hətta Kremlin buna olduqca sərt reaksiya verməsi qaçılmaz hesab olunur. Bugünədək erməni tərəfinin Ukrayna rəsmiləri ilə görüşü Moskvada böyük qıcıq yaradırdı. Elə bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etmişdi ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın görüşü nümayişkaranə antirusiya addımıdır: "Əgər siz Maltada qondarma Kopenhagen formatında görüşdən danışırsınızsa, biz bunu rəsmi İrəvanın nümayişkaranə antirusiya jesti kimi qiymətləndiririk". O xatırladıb ki, bundan əvvəl Ermənistanın baş nazirinin arvadı Anna Akopyan Kiyevə gedib: "Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla əlaqə saxlayıb. Ermənistanın baş naziri Paşinyan özü Qranadada Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. Məncə, İrəvanda ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flört etdiklərini bilməlidirlər. Təəssüflə qeyd etmək lazımdır ki, respublikanın indiki rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi məqsədyönlü və israrla pozur". Zaxarova qeyd edib ki, Ermənistanın media resurslarına və onların antirusiya ritorikasına gəlincə, burada açıq rusofob kontekst var: "Oxuyuram, baxıram. Bunlar sadəcə təhqir deyil, ört-basdır edilməmiş rusofobiyadır. Bu resursların maliyyələşdirilməsinin arxasında kimin dayandığını bilirik. Əgər onlar hesab edirsə ki, biz bunların kimin tərəfindən maliyyələşdirildiyini bilmirik, səhv edirlər". İndi belə vəzyyətdə İrəvanın Kiyevə silah yardımı Kremli daha çox qəzəbləndirəcək.  Baş verənlər fonunda "Kommersant" qəzeti yazır: "İrəvanın Moskva ilə münasibətlərinin durğunluğu və hətta deqradasiyası və ölkənin Qərb istiqamətində təsirli fəaliyyəti, Qərbin qarşılıqlı münasibəti nəticəsində deyə bilərik ki, Ermənistan özünəməxsus vəziyyətdədir. Moskva ilə eyni ittifaqda olan (KTMT-dən başqa, Ermənistan həm də Aİİ-nin üzvüdür) İrəvan Avropaya inteqrasiyada maraqlı olduğunu açıq şəkildə danışır və eyni zamanda, Avropa İttifaqının öz ərazisində olması üçün konkret addımlar atır. Xüsusilə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparan Aİ-nin Ermənistandakı monitorinq missiyasının sayı yaxın gələcəkdə artırıla bilər". Məqalədə Ermənistanın Qərbə doğru siyasi yönlənməsinin artıq baş verdiyini düşünən Ermənistan Araşdırmalar Fondunun elmi direktoru Sergey Melkonyanın fikrinə istinad edilir: "Biz sammitlərdə iştirak etmirik, təlimlərdə iştirak etmirik. Eyni zamanda, Qərb məkanlarında tədbirlərdə iştirak etmək fürsətini əldən vermirik. Ermənistan Avropa ilə bağlı bütün sammitlərdə iştirak edir. Aydın siyasi oriyentasiya özünü göstərir". Eyni zamanda, Melkonyan hesab edir ki, "Qərbə dönüş"ün nə olduğuna qərar vermək lazımdır: "Artilleriya NATO standartlarına keçir. Hindistandan alınan silahların hamısı NATO çaplıdır, Sovet çaplı deyil. Fransa Ermənistanda müdafiə auditi aparır. Yəni islahatlar NATO üzvü olan ölkənin iştirakı ilə olacaq. Bir tərəfdən biz bunu görürük. Digər tərəfdən, hərbi təminatlar vacibdir. Və hələ heç kim bunu İrəvanla müzakirə etməyə hazır deyil. Nə ABŞ, nə də Fransa. Yəni hələlik bu komponent sıradan çıxır". Melkonyan iqtisadi faktora da işarə edib: "Çətin ki, Ermənistan Aİ ilə Rusiya ilə eyni həcmdə ticarət apara bilsin. İqtisadiyyatı şaxələndirmək, qazla nəyisə həll etmək lazımdır. Siz diversifikasiya etməyincə, geri dönüş ölümcüldür."

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə baş analitiki Olesya Vartanyan hesab edir ki, kursun kəskin dəyişməsindən danışmaq hələ ki, yersizdir: "Hələlik hər şey, baş verənlər ağlın hüdudları daxilindədir. Ermənistanın mövqeyini kökündən dəyişdirəcək heç bir addım yoxdur və Rusiya ilə ittifaqdakı erməni komponentinin çıxması üçün heç bir ilkin şərt yoxdur. Hər şey hələ də ədəb çərçivəsindədir".Onun fikrincə, indiyə qədər iki xəbər önəmlidir: birincisi, Ermənistandakı Avropa missiyasının sayını artırmaq qərarı, ikincisi, Aİ-nin Ermənistanın Avropa Sülh Fonduna daxil olması məsələsini nəzərdən keçirməsi. Amma elə bütün bunlar da rusların kəskin reaksiyası üçün bəs edir. Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan qeyd edir ki, Ermənistanın dövlət idarəetmə sistemi yaranmış fövqəladə vəziyyətə qətiyyən uyğun gəlmir: "Müttəfiqlərin və dost qonşuların etimadı sarsıldı. Nəticədə Ermənistan bəzi Qərb dövlətlərinin siyasi bəyanatlarına arxalanmaq məcburiyyətində, praktikada isə təcrid olunmuş vəziyyətdə qalır. İroniya odur ki, dövlətimiz üçün həyati əhəmiyyət kəsb edən məsələlər çox vaxt bizim iştirakımız olmadan üçüncü dövlətlər tərəfindən müzakirə və həll edilir. Üstəlik, Ermənistan hakimiyyəti beynəlxalq platformalarda öhdəlik götürərsə, qonşularımız üçün hər hansı ermənipərəst hərəkət və ya təşəbbüs hərbi əməliyyatların bərpasına qanuni səbəb kimi qəbul edilə bilər. Etiraf etmək məcburiyyətindəyik ki, bölünmüş cəmiyyət, məhdud iqtisadi, hərbi resurslar və etibarlı beynəlxalq tərəfdaşların olmaması fonunda qəbuledilməz sülh və dağıdıcı müharibə arasında seçim qarşısındayıq. İndiki vəziyyətdə hərbi əməliyyatların bərpası üçün əsas təhlükənin İrəvan hakimiyyətinin siyasəti olduğu göz qabağındadır".

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 22:35
Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə verməkdən imtina etdi

24.07.2025 / 21:43
Ermənilərin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs ifadə verdi - MƏHKƏMƏ +FOTO

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 21:01
Lerikdə yanğına səbəb olan iki nəfər saxlandı

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910