Bazar günü, 20 iyul 2025
     

Qarabağ həll modeli Moldovanın Dnestryanı gündəmində - amma rus tankları da gözləyir...

Image

Rusiya və Moldova arasında münasibətlərin əhəmiyyətli dərəcədə gərginləşməsi Dnestryanı münaqişəsinin yenidən alovlanmasına gətirib çıxara bilər. Artıq bu xüsusda çoxsaylı xəbərdarlıqlar olunur. Moldovanın indiki hakimiyyətinin siyasəti Moskvada ciddi narazılıqla qarşılanır.

Bu arada o da bəlli olub ki, Moldova gələn il MDB-dən də çıxmağa hazırlaşır. "Azadlıq" radiosunun Moldova bürosu bu xüsusda bildirir: "Moldova bundan sonra MDB-yə üzvlük haqqı ödəməyəcək. Moldova Maliyyə Nazirliyinin qərarına əsasən, beynəlxalq təşkilatlara illik üzvlük haqlarının ödənilməsi üçün ayrılan məbləğ 16 milyon ley (885 min dollar) azaldılır. Azalma daha çox Moldovanın MDB Parlamentlərarası Assambleyasında və bu qurumun yeddi təşkilatında iştirak haqqını ödəməməsi ilə bağlıdır". Artıq ölkənin gələn il üçün nəzərdə tutulan büdcəsində MDB-yə hər hansı vəsait ödənilməsi nəzərdə tutulmur. Qeyd edək ki, 2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başlayandan az sonra Moldova hakimiyyəti MDB-dən çıxmaq niyyətini açıqlayıb. Ötən ilin yazında Kişinyov MDB-nin Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və Xarici İşlər Nazirləri Şurası kimi əsas orqanlarında fəaliyyətini mahiyyətcə dayandırıb. 2023-cü ilin iyulunda Moldova MDB Parlamentlərarası Assambleyasından çıxmağa başlayıb. Avqustun sonunda Moldova MDB-də tərksilah məsələləri üzrə komissiyanın yaradılması haqqında sazişi denonsasiya edib. Moldovanın keçmiş prezidenti İqor Dodon isə hesab edir ki, Moldova prezidenti Maya Sandu Qərbdəki idarəçilərinin göstərişi ilə respublikanı müharibəyə aparır: "Medianı bağlamaq, arzuolunmaz partiyalara və siyasətçilərə qarşı təzyiqlər, NATO-ya üzv olmaq və Moldovanın militarizasiyası, kilsəni parçalamaq - Sandu bizi bu yolla aparır. Moldova ərazisində 22 rus saytının bloklanması da bunun bir hissəsidir. Strategiya Qərbə xoş gəlmək, Moldova cəmiyyətini parçalamaq və onu müharibəyə sürükləməkdir". Belə bir vaxtda Rusiya və Moldova arasında qaz borcu ilə bağlı da vəziyyət gərginləşir. Qeyd edək ki, bir müddət əvvəl Moldovanın energetika naziri Viktor Parlikov "Moldovaqaz"ın "Qazprom"a tarixi borcunun auditinin nəticələrini açıqlayıb və bildirib ki, borc ötən ilin mart ayının sonuna 709 milyon dollar təşkil edib. Bu məbləğ isə nə "Moldovaqaz", nə də "Qazprom" tərəfindən sənədləşdirilib. Bununla bağlı Moldova hökuməti "Qazprom"a yalnız 8,6 milyon dollar məbləğində pul ödəməyi, qalan məbləğlə bağlı isə məhkəməyə müraciət etməyi təklif edir. Maya Sandu özü isə bu xüsusda bildirir: "Rusiyaya qaz borcumuz 700 milyon yox, 9 milyon dollardır". "Qazprom"a olan borcun audit hesabatının "Moldovaqaz"ın müşahidə şurası tərəfindən təsdiq edilməməsindən narahat olmadığını deyən Sandu bildirib ki, borcun 9 milyon dollar olduğuna dair sübutlar var: "Şuranın qərarı məni təəccübləndirmədi. Çünki şura üzvlərinin əksəriyyəti "Qazprom"a yaxındır. Onların bunu qəbul edib-etməməsi bizi maraqlandırmır. Moldovanın borcu 700 milyon dollar deyil, 9 milyon dollardır, burada hələ suallarımız var, çünki "Qazprom" "Moldovaqaz"ın səhmdarıdır və borclara cavabdehdir".

Gərginliyin artması fonunda digər diqqəçəkən məqam odur ki, Dnestryanıda da vəziyyət gərginləşir. Təmas xəttində təzəcə qazılmış xəndəkləri görən Dnestryanı separatçılarının sözlərinə görə, Moldova münaqişəni hərbi yolla həll etməyə hazırlaşır. Dnestryanı separatçılarının narahatlığı, xüsusilə Azərbaycanın sentyabr ayında Qarabağda erməni separatçı rejimə son qoyması və Bakının Qarabağ üzərində tam suverenliyinin bərpasına səbəb olan xüsusi əməliyyat keçirməsindən sonra daha da güclənib. Dnestryanı hesab edir ki, Moldova Azərbaycan təcrübəsinə əsaslanaraq Dnestryanı ərazini də özünə tabe etməyə və bununla da öz ərazisində separatizmə son qoymağa cəhd edə bilər. Özü də son vaxtlar NATO və Avropa İttifaqı Kişinyova hərbi dəstəyini xeyli artırıb. Tanınmamış "Dnestryanı Moldaviya Respublikası"ndan Birgə Nəzarət Komissiyasının həmsədri Oleq Belyakov qeyd edir:  "Biz görürük ki, bu xəndəklər çox yaxınlarda təchiz edilib. Müvafiq mühəndis avadanlıqları ilə təchiz olunmuş onların hamısı Slobozia-Duşka və Criuleni qəsəbələri ərazisində yerləşir. Bundan başqa, Dnestryanı ilə həmsərhəd yollarda dəmir-beton baryer blokları quraşdırılır". Dnestryanıda çıxan "Archon" jurnalının baş redaktoru, politoloq Anton Bredixin bu gün separatçı region ətrafında yaranan vəziyyəti son dərəcə narahatedici adlandırıb: "Sizə xatırlatmaq istərdim ki, Moldova hakimiyyəti artıq bir neçə ildir Moldova və Dnestryanı arasında mümkün hərbi toqquşma mövzusunu müzakirə edir. Ona görə də təbii ki, səngərlərin və maneə xətlərinin peyda olması Kişinyovla Tiraspol arasında qarşıdurmanın kəskinləşməsi istiqamətində aşkar addımdır. Moldova hakimiyyəti Dnestryanını tam blokadaya almağa hazır olduqlarını gizlətmir. Bunu başa düşmək lazımdır: Kişinyov belə bir qərar verərsə, o zaman regionumuz ən azı humanitar fəlakətlə üzləşəcək". Bredixinin fikrini rusiyalı politoloq Vadim Truxaçev də bölüşür, o hesab edir ki, rəsmi Kişinyov Dnestryanı ərazinin tam təcrid olunması üçün məqsədyönlü hazırlıq görür. Lakin Moldova hökuməti Rusiya sülhməramlılarının nəzarətində olan Dnestryanı münaqişənin təhlükəsizlik zonasındakı ərazilərdən birində xəndəklərin qazılması ilə bağlı ittihamları qətiyyətlə rədd edib. Moldova Hökumətinin Reinteqrasiya Bürosunun "Teleqram" kanalından verilən mesajda deyilir: "Xəndəklərin görünməsi yolun müvafiq hissələrində fırtına kanallarının təmizlənməsi və genişləndirilməsi üçün mühəndis işlərinin aparılması ilə əlaqədardır". Büro, həmçinin, tanınmamış Dnestryanı bölgənin təhlükəsizlik qüvvələrini təhlükəsizlik zonasında icazəsiz mobil postlar təşkil etməkdə ittiham edib. Hazırda Moldovanın rusiyayönümlü anklavı olan Dnestryanıda gərginliyin artmasını rəsmi Kişinyov təxribat hesab edir. Krımın 2014-cü ildə ilhaqından sonra Dnestryanıda bir çoxları Rusiyanın onların da ardınca gələcəyinə ümid etməyə başladılar. Bu tanınmamış respublikanın ərazisində 1500-ə yaxın rus əsgəri yerləşdirilib və çoxlarının fikrincə, onlar Rusiya tanklarının Moldova ərazisinə maneəsiz keçməsini təmin edə bilər.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910