Bazar günü, 20 iyul 2025
     

Banklarımız manat ehtiyatını gücləndirir...

Image

Aparılan son hesablamalar göstərir ki, Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 13,2 faiz artaraq oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 705,47 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 64,9 faizi milli, 35,1 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 1,2 faiz artıb.

Manatla qoyulan əmanətlərin miqdarında belə sürətli artım, ekspertlərə görə, milli valyutaya yüksək inamın faktiki göstəricisidir. Manatın, bir çox dünya valyutalarından fərqli olaraq, uzun müddətdir ABŞ dollarına nisbətdə sabit mövqeyi də burada öz sözünü deyir. Elə beynəlxalq qurumlar da manatın mövqeyini bundan sonra da qoruyacağını proqnozlaşdırır. Məsələn, "Fitch Group"a aid olan "Fitch Solutions" qarşıdakı on il üzrə Azərbaycan manatının məzənnəsi üzrə proqnozunu açıqlayıb. "Fitch Solutions" 2027-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırıb. Bununla belə, şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini bildirib. Proqnoza görə, dollar/manat məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq. Amma o da istisna deyil ki, Azərbaycanın fiskal siyasəti manatın həmin vaxta kimi məzənnəsinin artmasına da gətirib çıxarsın.  Qeyd edək ki, bundan əvvəl Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdığını açıqlayıb. Mərkəzi Bankın sədri Taleh Kazımov qeyd edilənlər fonunda vurğulayır ki, ölkədə manata inam artıb: "Cari ilin 9 ayında milli valyutada əhalinin əmanətləri 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib". O qeyd edib ki, bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır: "Hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir. Sahibkarların maliyyə imkanlarına çıxışı genişləndirilir. 9 ayda kredit portfelimiz 14 faiz, biznes kreditləri isə 11 faiz artıb. Biznes kreditləri ümumi kredit portfelinin 54 faizini təşkil edir. Valyuta kreditlərinin payı 19 faizə enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kredit portfeli 3,5 faiz səviyyəsinə enib".  Burada onu da qeyd edək ki, manatın  məzənnəsinin ABŞ dollarına nisbətdə üzunmüddətli dövrdə sabit qalmasını və bir sıra ölkələrin valyutaları ilə müqayisədə bahalaşmasını şərtləndirən bir sıra mühüm amillər var. Burada, əlbəttə ki, Mərkəzi Bankın məqsədyönlü pul siyasəti və prosesləri daim nəzarətdə saxlaması, vaxtaşırı monitorinqlər aparması, zəruri hallarda prevantiv tədbirlər görməsi öz sözünü deyir. Amma prosesdə beynəlxalq durum da müəyyən rol oynayır. Hazırda avrozonada mövcud iqtisadi vəziyəti şərh edən ekspertlər vurğulayır ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində inflyasiya müşahidə edilsə də, avronun dollar qarşısında dəyər itirməsi manata olan inamı gücləndirir. Bu müddətdə banklar yaranmış vəziyyətdən istifadə edərək manatla əmanətlər üçün faiz artımına qərar verdilər. Nəticədə, əmanətçilər həm digər valyutada olan əmanətlərini manata keçirdilər, həm də əllərdə nağd şəkildə olan pulları da banklara etibar edib hesablarına yerləşdirdilər. Manat bir çox alyutalara görə kifayət qədər dəyərini artırıb. Banklar da  manatla əmanətlərə faizi daha çox verir. Manata etibarın artması depozitlərin artım payında da hiss olunur.

Daha bir nuans odur ki, banklarda manatla əmanətlərin həcminin artması ilə bağlı hazırkı statistika dövlətin atdığı addımlar nəticəsində əldə olunub. Qeyd edək ki, 2015-ci il devalvasiyası dönəmində əhalinin əksəriyyəti əmanətlərini banklara xarici valyutada yerləşdirirdi. Amma bu, dövlət, bank sektoru üçün heç də uyğun deyildi. Buna görə milli valyutada əmanət cəlb edilməsi üçün dövlətin iqtisadi tənzimləmə alətlərindən istifadə olundu. İki əsas addım əhalini manatla əmanət yerləşdirməyə stimullaşdırdı. Onlardan biri dövlət tərəfindən sığortalanan əmanətlərdə milli valyuta üçün daha yüksək faiz dərəcəsi tətbiq olunması idi. Digər məqam isə dövlət tərəfindən milli valyutanın məzənnəsinin sabitliyinin qorunub saxlanılması oldu. Milli valyutada olan əmanətlər üçün nə qədər yüksək faiz dərəcəsi tətbiq olunsa da, milli valyutanın məzənnəsi qeyri-sabit olsaydı, əhali yenə də xarici valyutada əmanətlərə üstünlük verəcəkdi. Əhali devalvasiyadan sonra əmanətlərini bir müddət xarici valyutada saxlasa da, zaman keçdikcə göründü ki, devalvasiya baş vermir, manatın məzənnəsi sabitdir, üstəlik, manatla əmanətə daha çox faiz verilir. Buna görə seçimi manatla əmanət yerləşdirmək oldu. Lakin istənilən halda insanlar,  o cümlədən sahibkarlar, investorlar öz kapitalını qorumaq üçün dünya əmtəə və valyuta bazarlarında baş verənləri həssaslıqla izləməyə məhkumdurlar. Bu səbəbdən təsadüfi deyil ki, manatın məzənnəsi 2015-ci ildən sonra tez-tez müzakirə olunan mövzulardandır. Dünya bazarlarında dəyişikliklər baş verən kimi nəzərlər Mərkəzi Bankın yönəlir. Mərkəzi Bank isə bütün inzibati vasitələdən istifadə edərək məzənnəni sabit saxlamağa müvəffəq olur. Bu nə qədər davam edəcək, onu zaman göstərəcək. Amma məzənnə barədə verilən yerli və xarici proqnozlar manatın dayanıqlığını qoruyub saxlayacağını göstərir.

Ramil QULIYEV



VİDEO

SON XƏBƏRLƏR

20.07.2025 / 15:52
Dünya mediası İlham Əliyevin çıxışında bu məqamlara xüsusi diqqət çəkdi... - FOTO

20.07.2025 / 15:16
Ukrayna konstitusiyasında rus dilinə verilən xüsusi statusun ləğvi təklif edildi...

20.07.2025 / 14:56
Rusiya alimi Kərim Şükürova və Yaqub Mahmudova qarşı çağırış etdi - "məhrum edilsinlər"...

20.07.2025 / 14:22
III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib - YENİLƏNDİ

20.07.2025 / 14:10
"İkitərəfli müstəvidə sülh gündəliyinin irəli aparılması üçün nailiyyətlər əldə olunub" - Hikmət Hacıyev

20.07.2025 / 13:48
"Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb" - Prezidentin köməkçisi

20.07.2025 / 13:40
"Dezinformasiya bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir" - Avropa Xəbər Agentlikləri Alyansının baş katibi:

20.07.2025 / 13:34
Hikmət Hacıyev Azərbaycan heyətinin MDB-nin Moskva iclasında iştirak etməməsinin səbəblərini açıqladı

20.07.2025 / 11:50
"Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib" - Qlobal Forum iştirakçısı

20.07.2025 / 11:17
Prezidentin köməkçisi: "Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur"

20.07.2025 / 11:07
"Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır" - Hikmət Hacıyev

19.07.2025 / 23:55
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO/YENİLƏNDİ

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910