Bazar ertəsi günü, 14 iyul 2025
     

Bu universitetlər paytaxtdan çıxarılsa, sıxlıq xeyli azala bilər...

Image

Elçin Əfəndi: "Bakı Dövlət Universiteti istisna, tədricən respublikanın müxtəlif bölgələrinə daşımaq olar" 

Zaman-zaman universitetlərin paytaxtdan kənara köçürülməsi məsələsi gündəmə gəlir. Bir neçə dəfə bu məsələ ətrafında geniş müzakirələr gedib. Lakin universitetlərin Bakıdan köçürülməsi hər dəfə gündəmə gələndə birmənalı qarşılanmayıb. 

Bəziləri bunu tıxacların azalması üçün doğru addım hesab etsə də, bəziləri bir çox aspektən universitetlərin şəhər ətrafına köçürülməsini faydalı saymır. Bu məsələ Milli Məclisdə də müzakirə olunub. Millət vəkili Vüqar İsgəndərov "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, şəhərin mərkəzində tıxac əsas problemdir: "Əsas səbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq". 

Maraqlıdır, universitetlər paytaxtdan köçürülməlidirmi? Həmçinin, onları hara köçürmək lazımdır? 

"Bəzi universitetləri işğaldan azad olunan ərazilərə köçürtmək, həm də həmin ərazilərdə yeni universitetlər yaradıb…" 

Təhsil eksperti Elçin Əfəndi "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, təkcə universitetləri bölgələrə köçürmək və yaxud paytaxtdan kənara çıxartmaqla tıxacın qarşısını tam olaraq almaq olmaz: "Bakı şəhərində, paytaxtda tıxacların qarşısını almaq üçün, ümumiyyətlə sıxlığın qarşısını almaq üçün ilk növbədə regionlarda iş imkanları yaradılmalıdır. Vətəndaşların regionlarda işləmək imkanları olmalıdır, müvafiq olaraq dövlət qurumlarının bəziləri rayonlara köçürülməlidir. Eyni zamanda, rayonlarda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə infrastruktur yaxşılaşdırılmalıdır. Həmin yerlərdə müvafiq fabrik, zavod və istehsalatla məşğul olan digər müəssisələr tikilib hazırlanmalıdır ki, əhalinin artıq paytaxta axınının qarşısı alınsın. Belə olan halda da, təbii ki, sıxlığa müəyyən qədər də olsa təsir etmiş olar. Bunun paralelində aidiyyatı qurum, yəni tıxacların qarşısını almaq üçün Nəqliyyat Nazirliyi müvafiq olaraq yollarda genişləndirmə, zolaqların salınması kimi amillərə diqqət yetirməlidir ki, müvafiq olaraq sıxlığın qarşısı alınsın".

E.Əfəndinin sözlərinə görə, universitetlərdən böyük tələbə kontingentinə sahib olanlar Bakı Dövlət Universiteti, Memarlıq və  İnşaat Universiteti, Azərbaycan İqtisad Universiteti, Dillər Universiteti və Pedaqoji Universitetdir. Bunların hamısı şəhər mərkəzinə uyğun yerlərdə yerləşən universitetlərdir: "Təkcə Bakı Dövlət Universitetində 20 mindən çox tələbə təhsil alır. Eyni zamanda, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet, Mədəniyyət və İncəsənət Universiteti hamısı demək olar ki, bir mərkəzdədir. Burada yataqxanası olan universitetlər də var. Yəni bütün bunlar şəhər mərkəzində olduğu üçün, təbii ki, tıxaclara müəyyən qədər təsir etmiş olur.  Belə olan halda Bakı Dövlət Universiteti kimi böyük universiteti harasa daşımaq, mənə görə, doğru yanaşma deyil. Bu universitetin daşınması üçün illər lazımdır. Ona görə düşünürəm ki, Bakı Dövlət Universiteti istisna, digərlərini  tədricən respublikanın müxtəlif bölgələrində daşımaq olar. Xüsusilə də işğaldan azad olunmuş ərazilərə olar. Xankəndidə universitet var idi. Eyni zamanda, Ağdam rayonunda Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Bu ərazilərə bəzi universitetləri köçürtmək, həm də həmin ərazilərdə yeni universitetlər yaradıb, daha müasir ixtisasları, əmək bazarına daha çox tələbat olan ixtisasları orada açmaq lazımdır ki, xüsusilə bölgə gəncləri həmin universitetlərdə təhsil almaqda maraqlı olsunlar. Belə olduğu halda, təbii ki, sıxlığın qarşısını müəyyən qədər də olsa almaq olar".

Ekspert onu da əlavə etdi ki, dünyanın elə ölkələri mövcuddur ki, orada həddindən artıq istər dövlət, istərsə də özəl universitetlər fəaliyyət göstərir. Ancaq  həmin ərazilərdə sıxlıq müşahidə edilmir: "Tələbə yataqxanalarının da universitetlərin  köçürüləcəyi ərazilərə yaxın yerlərdə tikilməsi tələbələrin rahatlığı üçün yaxşı ola bilər. Eyni zamanda tələbələrin laboratoriya şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman meydançalarının təşkili və bu kimi amillər nəzərə alınmalıdır. Həmçinin bu faktlar öz əksini taparsa, Azərbaycan universitetlərinin dünya reytinq siyahısında tədricən yer almasına təsir edə bilər. Çünki qeyd edilən nüanslar reytinq siyahısına əlavə olunacaq məqamlardır".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbuldə ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910