Bazar ertəsi günü, 7 iyul 2025
     

Bu da tarix elmimiz - 300 il əvvəlki şəxsiyyətin tərcümeyi-halı əməlli-başlı öyrənilməyib...

Image

Azərbaycan tarixində elə məsələlər var ki, uzun illərdir mübahisə predmetidir. Baxmayaraq ki, o sahələrdə onlarla dissertasiya işi müdafiə olunub, kitablar çap olunub, amma heç kəs o mübahisəyə son qoya bilməyib. 

Mübahisə acı bağırsaq kimi uzanır. Xüsusən də tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, sərkərdələrin bir çoxunun doğum və ölüm tarixləri, onların doğulduğu yerlər barədə mübahisəli fikirlər var. 

Son günlər gündəmə Əfşarlar dövlətinin qurucusu, tariximizin qüdrətli dövlət xadimi Nadir şahın harada doğulması məsələsi gətirilib. Bütün tarixi mənbələrdə, sənədlərdə, tarixi ədəbiyyatda Nadir şahın 1688-ci ilin oktyabrın 22-də Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəldiyi yazılır. Amma Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov AMEA-da keçirilən müzakirələr zamanı deyib ki, Nadir şah Gədəbəydə doğulub. Müzakirələr zamanı akademik Nizami Cəfərov professorun fikirlərinə düzəliş edib və bildirib ki, Nadir Şah gədəbəyli deyil, gədəbəylilər Əfşardır. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru Güllü Yoloğlu isə bildirib ki, Nadir şahın anası ayrım tayfasından olub. "Nadir şah" əsərinin müəllifi Yunus Oğuz isə bildirib ki, Nadir Şah gədəbəyli deyil, Tovuz rayonunun Qırıqlı kəndindəndir.

Bu gün Nadir şahla bağlı bu məsələ geniş müzakirə edilir. Maraqlıdır ki, tarixçilər bu məsələdə seyirçi mövqe tutur, hələ ciddi bir tarixçi çıxıb Nadir şahın bioqrafiyasını ortaya qoyub mübahisələrə son qoymur.  Nadir şah çox  uzaq dövrdə yaşamayıb,  bizdən 334 il əvvəl yaşayıb. Amma çox təəssüf ki, 3 əsr əvvəl yaşayan dövlət xadiminin boqrafiyası əməlli-başlı öyrənilməyib. Nadir şahın tərcümey-halını öyrənmək, yazıya almaq mümkün deyildimi ki, bu gün bu qədər mübahisə açılır? Tarixçilər Nadir şahın bioqrafiyasını niyə düzgün şəkildə yazmayıblar?

  • Qasım Hacıyev: "Tarixi şəxsiyyətlərin anadan olduğu yeri müəyyənləşdirmək bəzən çətin olur, bu, Nadir şaha da aiddir"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bir sıra hallarda  qeyri-tarixçilər meydana çıxıb mübahisəli fikirlər söyləyirlər. Nadir şahın böyük dövlət xadimi olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, tarxçilərin, ictmai xadimlərin çoxunun Nadir şahla bağlı mövqeyi birmənalı deyil. Bəzi jurnalistlərin, ədəbiyyatçıların, tarixçi olmayanların Nadir şahla bağlı tənqidi fiklirlərinin olduğunu bildirən Q.Hacıyevin dediyinə görə, hətta onlar arasında Nadir şahın Azərbaycana ziyan vurduğunu, diktator, qəddar olduğunu deyənlər var. "Nadir şah çox güclü dövlət rəhbəri olub. Düzdür, qəddarlığı da az olmayıb. Məsələn, oğlunun gözlərini çıxartdırıb, qarabağlıları Sərəxsə sürgün edib, Borçalını gürcülərə verib. Belə hallar olub. Bütün bunlarla bərabər o, Azərbaycanın tarixində böyük şəxsiyyətdir. Azərbaycan ən geniş ərazilərə onun dövründə malik olub. Hətta Rusiyanın ərazilərini də Əfşarlar dövlətinin tərkibinə qatmaq istəyirdi. O öz yerində. 

Tarixi şəxsiyyətlərin anadan olduğu yeri müəyyənləşdirmək bəzən çətin olur, bu Nadir şaha da aiddir. Məsələn, tarixi mənbələrdə bir söz yazılır, illər keçəndən sonra başqa bir mənbə ortaya çıxır və əvvəlki ilə ziddiyyət təşkil edir. Son illər bir çox tarixi şəxsiyyətlər haqda ortaya elmə məlum olmayan yeni faktlar çıxır. Napoleon Bonapart, Hitler, Stalin haqqında yeni məlumatlara rast gəlirik. Bəzən bir hadisənin tam əksinin ortaya çıxdığını görürük"-deyə Q.Hacıyev qeyd etdi.

Q.Hacıyev bildirdi ki, tarixçilər Nadir şahın bioqrafiyasını mövcud mənbələrə istinadən yazıblar: "Tarixçilər mənbəyə istinadən yazırlar, mənbə olmasa yaza bilməzlər. Mənbələr də bəzi hallarda tarixçiləri yanıldır. Məsələn, Babək, Şah İsmayıl haqda mənbələrdə elə məlumatlar olub ki, sonradan təkzib olunub. Səfəvilər sarayında erməni casus dəstəsinin ticarətdə mühüm yer tutduğunu son zamanlar bilmişik. Ciddi alimlər yazılı mənbə, material olmadan yazmırlar. Mənbə olmadan kiminsə ağlına gələni deməsi, yazması düzgün deyil. Rüfət Rüstəmov yaxşı adamdır, öz sahəsində yaxşı mütəxəssisdir, amma tarixçi deyil. Faktsız yazmaq, iddia irəli sürmək  düzgün deyil. Son zaman dəb düşüb, "yenilik" üçün yalan uydururlar. O bizə yaraşmaz. Vikipediyada Nadir şahın Xorasanda doğulduğu qeyd edilib. Amma bu da mübahisəlidir. Bu mübahisələrə son qoyulması üçün Nadir şahın irsini araşdıran tarixçilər öz sözünü deməlidir"-deyə Q.Hacıyev qeyd etdi.

  • Bayram Quliyev: "Nadir şahın harada doğulduğunu dəqiq təsdiqləyən heç bir qaynaq yoxdur"

Tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev  "Bakı-Xəbər"ə bildirdi ki, Nadir şahın harada doğulduğu barədə tarixi mənbələrdə heç bir məlumat yoxdur: "Heç bir qaynaqda Nadir şahın ya Gədəbəydə, ya Tovuzda, ya da hansısa başqa bir yerdə doğulduğu ilə bağlı bir əsas, bir sübut yoxdur. Nadir şah Gədəbəydə bulaq çəkdirə bilərdi, bu onun öz ərazisi idi. Onun adına orada bulaq olması təbiidir..."

B.Quliyev bildirdi ki, Nadir şah barədə tarixçilərimiz kifayət qədər yazıb. "O dönəmlərə dair tarixi qaynaqlar tərcümə olunmadığı halda Nadir şahla bağlı əlimizdə ən azı iki-üç qaynaq var ki, onlar çap olunub. Hətta Nadir şahla bağlı sənədlər toplusu da çap olunub. Məsələ burasındadır ki, insanlar söz və vikipediya əsasında fikir yürüdürlər, oradan aldıqları informasiya əsasında tezis, nəzəriyyə irəli sürürlər. Heç kəsin istəyi olmur ki, gedib indiyə qədər yazılan kitabları açsın və kitabda o barədə nə yazıldığına baxsın. O dönəmlə bağlı tərcümə olmasa da belə, monoqrafiyalar var. Açıb o monoqrafiyalara baxsınlar. Nəyə görə bizim istər tarixçilər, istərsə də qeyri-tarixçilər olsun, onlar arasında yazılan əsərlərə qarşı qeyri-ciddi münasibət var? Əksəriyyətdə sanki bu əsərlər heç bir elmi, tənqidi, təhlili əsas olmadan yazılıb kimi səhv fikir var. Bu fikrin hardan qaynaqlandığını özüm də bilmirəm. Üzeyir Hacıbəyovun bir fikri var: "Tarixi Nadiri yarısına qədər oxumuşam..." Mən də "Tarixi Nadir"i yarısına qədər oxumuşam, amma bu məsələləri anlaya bilmirəm. Nadir şahın harada doğulduğunu dəqiq təsdiqləyən heç bir qaynaq yoxdur.    Amma ehtimal edilir ki, Əfqanıstan ərazisində doğulub, Əfşar türküdür. Əfşarların da ki, Səfəvilər dövründə, Səfəvilərdən əvvəl və sonrakı dövrlərdə müxtəlif  yerlərə müəyyən köçləri olub. Bu da obyektiv və subyektv səbəblərlə bağlıdır. Bunun əsas səbəblərindən biri odur ki, Səfəvilərin əsas dayaq nöqtələrindən biri Əfşarlar idi və ölkə daxilində bir etiraz yaranırdısa, müəyyən yerlərdə hansısa işləri qaydasına qoymaq lazım gəlirdisə, Əfşarların gücündən istifadə olunurdu. Əfşarlar stabil yaşamış bir nəsil olardısa, onda Nadirin harada doğulduğunu müəyyən etmək olardı. Bir də ki, onun Gədəbəydə, yaxud Heratda doğulmasının heç bir önəmi yoxdur. Sadəcə olaraq artıq bizim təfəkkürümüz dəyişmək lazımdır. Nadir türkdür, Nadir böyük bir imperiya yaradıb, Nadir sonuncu fatehdir, Azərbaycan torpaqlarını sonuncu dəfə tam olaraq birləşdirib, Nadir həm daxili, həm də xarici qüvvələrin "səyi" nəticəsində öldürülüb. Nadirin oğlunu özünə qarşı qoydular ki, bu imperiya dağılsın və Azərbaycan parçalansın. Bütün bu məqamlar qalıb bir yanda, onun harada doğulması müzakirə olunur. Sən Nadirin fəlsəfəsini, Nadirin fikrini, onun dünya fatehi olması məsələdən danış. Nadir şahın Mekedonyalı İsgəndərin belə keçmədiyi Qanq  çayını keçməsini qoyub bir qırağa onun harada doğulması ilə bağlı əsassız iddia irəli sürürlər...İndi ya baş qatmaq, ya ajiotaj yaratmaq, ya da özlərini məşhurlaşdırmaq üçün  "tarix silahı" yaranıb.  Ya əsassız iddialar irəli sürürlər, ya da tarixi şəxsiyyətləri təhqir edirlər. Bu iki məqamla məşhurlaşmağa və insanların başını qatmağa çalışırlar..."- deyə B.Quliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 12:57
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə ittiham etdi

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

06.07.2025 / 12:20
Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək...

06.07.2025 / 11:43
Polis Laçında əməliyyat keçirdi - 300-ə yaxın çətənə kolu və silah-sursat...

06.07.2025 / 10:34
Əhmədbəyli–Füzuli–Şuşa yolu layihəsi beynəlxalq mükafata layiq görüldü

05.07.2025 / 23:14
Ukrayna Voronejdə hərbi aerodromu vurdu - sursat anbarı və azı bir hərbi təyyarə məhv edildi...

05.07.2025 / 22:50
Tramp Putinə xəbərdarlıq etdi - yeni sanksiyalar daha sərt olacaq...

05.07.2025 / 22:22
" Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik" - Türkiyə Cumhurbaşkanı

05.07.2025 / 21:26
ABŞ səfirliyi Amerika vətəndaşlarına Azərbaycanı tərk etməyə çağırdığı barədə iddiaları təkzib etdi

05.07.2025 / 18:26
Azərbaycandakı sərmayə mühiti ECO-nun 10 illik strategiyasında mühüm rol oynaya bilər...

05.07.2025 / 17:57
Azərbaycanda 350 milyard dollar sərmayə - ECO ölkələri üçün bu nə deməkdir?...

05.07.2025 / 17:23
Qərbi azərbaycanlıların hüquqları daha bir beynəlxalq platformada əks olundu...

05.07.2025 / 16:50
Ölkədə 40 yaşdan yuxarı məktəb müəllimi qalmayacaq - prosesə baxın...

05.07.2025 / 15:18
Solo Gənclik” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək

05.07.2025 / 15:04
Ərdoğan Ermənistan-Azərbaycan sülh sazişinin perspektivlərindən və Zəngəzur dəhlizindən danışdı...

05.07.2025 / 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

05.07.2025 / 14:30
Bərdədə sakini 5 kiloqram narkotiklə tutuldu

05.07.2025 / 14:17
Türkiyədə üç iri şəhərin CHP-dən olan bələdiyyə sədrləri həbs edildi...

05.07.2025 / 14:07
Putin atəşkəsdən açıq şəkildə imtina etdi - Tramp Ukraynaya istədiyi silahları verəcəkmi?

05.07.2025 / 12:39
ECO-nun Xankəndi Zirvəsi: Prezident İlham Əliyev azad olunmuş torpaqları sülh və əməkdaşlıq məkanına çevirir

05.07.2025 / 11:40
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib

05.07.2025 / 11:17
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO

05.07.2025 / 11:06
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik etdi

05.07.2025 / 10:28
Tramp "TikTok"u Çindən alır

05.07.2025 / 10:25
İngilislər ŞOKDA - Covid-19-un yeni ştammı yayılıb

05.07.2025 / 09:23
"Fluminense" ilk finalçı oldu

05.07.2025 / 09:18
Bu gün Aşura günüdür

05.07.2025 / 09:13
Türk dünyasının liderləri Xankəndidə - Nəvaz Şərif: "Bir mənzil mənə, biri Ərdoğana..."

05.07.2025 / 08:45
Rusiyanın enerji sektorunda daha bir şübhəli ölüm... “Transneft”in vitse-prezidenti 17-ci mərtəbədən aşağı düşdü – intihar, ya sui-qəsd…

05.07.2025 / 08:33
"...millətimizin və dilimizin adının türk olması ifadəsini rəsmi dildən eşidə bildik" - Adil Qeybulla

05.07.2025 / 00:22
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilir...

04.07.2025 / 23:18
Rusiya səfiri Kopırkin Ermənistan XİN-ə çağırıldı – İrəvan Moskvaya nota verdi

04.07.2025 / 22:41
Prezident İlham Əliyevin "X" sosial şəbəkədəki səhifəsində İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO

04.07.2025 / 22:10
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə dinc əhalini, uşaqları atəşə tutması ilə bağlı zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO

04.07.2025 / 21:35
Prezident İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti - FOTO/VİDEO

04.07.2025 / 21:31
“Böyük Qayıdış”a ümumtürk dəstəyi beynəlxalq gündəm mövzusu oldu...

04.07.2025 / 21:16
ECO ölkələrinin turizm potensialı Xankəndidə kəşf edildi...

04.07.2025 / 21:10
Prezident İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış etdi - VİDEO

04.07.2025 / 21:02
Ermənistan həm AB-nin, həm də Şanxay təşkilatının üzvü olmaq istəyir - absurd iddia...

04.07.2025 / 20:47
Azərbaycanın dünyada artan nüfuzu barədə Rusiyadan maraqlı etiraflar...

04.07.2025 / 20:33
Azərbaycanla iqtisadi münasibətlərin pozulmasından ən çox kim itirəcək - Rusiya, ya...?

04.07.2025 / 20:18
Azərbaycanda kadr çatışmayan 4 mühüm sahə - hətta pedoqoji ixtisaslar...

04.07.2025 / 20:04
ABŞ hökuməti erməni kilsəsinin Rusiya ilə gizli əlaqələrindən şübhələnir...

04.07.2025 / 19:49
“8 Noyabr” stansiyası bu səbəbdən innovativ enerji siyasətinin parlaq nümunəsi sayılır...

04.07.2025 / 19:36
Nazir Vilayət Eyvazov Astarada vətəndaşların müraciətlərini dinləyəcək...

04.07.2025 / 19:33
Şuşada Prezident İlham Əliyevin adından İƏT-in 17-ci Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO

04.07.2025 / 19:30
DTX tərəfindən saxlanan sabiq diplomat Ramiz Vəliyevin məhkəmə qarşısına çıxarılır...

04.07.2025 / 19:24
44 günlük müharibə hələ davam edir – bu dəfə Rusiya ilə...

“8 Noyabr” stansiyası bu səbəbdən innovativ enerji siyasətinin parlaq nümunəsi sayılır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910