Cümə axşamı günü, 02 aprel 2026
     

Ən yaxın həftədə Azərbaycan-Ermənistan sazişi mümkündür - ATƏT sədri nəyə güvənir...

Image


Abutalıb Səmədov: "Əgər icazə versələr, qısa müddətdə sülh sazişi imzalanar" 

ATƏT Parlament Assambleyasının sədri Pia Kaumanın sözlərinə görə, Azərbaycan Ermənistanla sülh danışıqlarına hazırdır. Bu barədə Pia Kauma Ermənistanda keçirdiyi mətbuat konfransında bildirib:

"Bura, Ermənistana gəlməzdən əvvəl iki günlük Azərbaycana səfər etmək imkanım oldu və məndə belə təəssürat yarandı ki, onlar artıq sülh danışıqlarına hazırdırlar. Ən azından çatdırmaq istədikləri budur. Və təbii ki, yekun razılığın əldə olunmasının mümkünlüyünə inanmaq istəyirəm. Ümid edirəm ki, bu, növbəti həftə ərzində baş verəcək".

Onun sözlərinə görə, ATƏT hər iki tərəfi danışıqları davam etdirməyə və razılığa gələ biləcəkləri yeni imkanlar axtarmağa çağırır:

"Bu region həm də iqtisadi baxımdan çox vacibdir, burada çoxlu imkanlar var, lakin onların hamısı sülh və təhlükəsizlik tələb edir, çünki əks halda investorlar bura gəlməkdə tərəddüd edir. Hesab edirəm ki, Ermənistan vətəndaşları sülhə layiqdirlər. Sülhə aparan yeni yol tapmaq vaxtı çatıb və biz bir təşkilat olaraq, şəxsən mən erməniləri sülhə gedən yolu tapmaqda dəstəkləyirik".

Göründüyü kimi, xanım Pia Kauma inanır ki, ən yaxın həftə ərzində Azərbaycanla Ermənistan  yekun razılaşmaya gələ bilər. Bu inam nəyə əsaslanır?

Müstəqil siyasətçi Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanın sülh sazişini imzalamasına qarşı yönəlmiş təxribatlar olmasa idi, 1 il əvvəl də bu razılaşma imzalana bilərdi: "Erməni rəsmiləri özləri də etiraf edirdilər ki, sülh sazişinin imzalanmasına mane olan əsas məsələ ermənilərin Qarabağla bağlı tələbləri idi. Yəni Ermənistan sülh sazişinə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlər vasitəsilə təminatı tələbini qoydu, Azərbaycan isə bunu qəbul etmədi. Sonradan parlament sədri Alen Simonyan etiraf etdi ki, bizim Qarabağla bağlı tələbimiz olmasaydı, sülh sazişini bir neçə dəfə imzalamaq olardı. İndi artıq Qarabağda ermənilər yoxdur və sülh sazişində onlarla bağlı hansısa müddəaların yer almasına ehtiyac da yoxdur. Sonuncu Qranada sammiti ərəfəsində ermənilərin ortaya atdığı üç prinsip müzakirə oluna bilər, onların hansısa formada qəbul olması da mümkündür. Söhbət ərazi bütövlüyünün tanınmasının konkret rəqəmlərlə ifadə olunmasından gedir.  Yəni Ermənistan ərazisinin 29,8 min kv km, Azərbaycan ərazisinin 86,6 min kv km olduğu sülh sazişində göstərilməlidir. Ermənilərin irəli sürdüyü prinsiplərdən biri budur. Digəri isə xəritələrlə bağlıdır. Qranada sammitində ermənilərin tələb etdiyi kimi 1975 - ci il xəritələri ifadəsi öz əksini tapmadı, qəbul olunan sənəddə son xəritələr əsasında delimitasiyanın aparılması qərarı alındı. Bu məsələ də müzakirə olunub öz həllini tapa bilər. Nəhayət, üçüncü prinsip kommunikasiyaların suverenlik və yurisdiksiya əsasında açılması, hansı ölkənin ərazisindən keçirsə, bu əsasda fəaliyyət göstərməsi tələbidir. Mən hesab edirəm ki, bu da Azərbaycanla Ermənistan arasında elə bir ciddi mübahisə yarada bilməz. Rusiya ilə Ermənistan arasında müəyyən problemlər ola bilər. Çünki 10 noyabr razılaşmasına görə, Ermənistandan keçən bizim Zəngəzur dəhlizi dediyimiz 43 kilometrlik yolu Rusiya sərhəd xidmətinin əsgərləri qorumalıdır, onların nəzarətində olmalıdır. Burda əsas problem sülh sazişinin harda imzalanmasından ibarətdir. Bu daha ağır məsələdir, nəinki sülh sazişinin məzmunu. Bu məsələni həll etmək üçün Azərbaycan prezidenti ən düzgün variantı təklif etdi. Azərbaycan və Ermənistan rəhbərləri Gürcüstanda, Tiflisdə görüşsünlər və sülh sazişi orda imzalansın. Təbii ki, imzalanma mərasiminə kimi xarici işlər nazirləri arasında da görüş ola bilər. Hələlik Ermənistan bunu qəbul etmir. Avropada, Amerikada görüşmək onların tutduğu ermənipərəst mövqe səbəbindən müəyyən problemlər yaradır. Artıq hər şey ortadadır. Həm ABŞ, həm Avropa İttifaqı açıq şəkildə ədalətsiz mövqe tutur. Onların son dövrdə verdikləri anti-Azərbaycan bəyanatları da onu göstərir ki, ABŞ və Avropa İttifaqı öz tərəfsizliklərinə bizi inandıra bilməzlər. Onlar artıq tərəfsizliklərini tamam itiriblər. Moskvanın bir neçə dəfə görüş təşkil etmək təşəbbüsü də ermənilər tərəfindən qəbul olunmayıb. 3 + 3 formatında İranda keçirilən görüşdə sülh sazişinin müzakirəsinə ermənilər mane oldular və açıq şəkildə buna etiraz etdilər. Beləliklə ortada yeganə variant qalıb.  Ermənistan buna razılıq verərsə, Tiflisdə danışıqlar başlanar və ilin sonuna kimi sülh sazişi imzalana bilər. Ancaq Ermənistana icazə veriləcəkmi? Əsas problem bununla bağlıdır. Əgər icazə versələr, qısa müddətdə sülh sazişi imzalanar. ATƏT PA sədrinin inamı da buna əsaslanır. Əslinə qalsa, heç bir problem yoxdur. Söhbət Qərblə Moskva qarşıdurmasından, onların hər ikisinin barışmaq üçün mövqe tutmasından gedir. Burada çox barışmaz mövqe tutan, təəssüf ki, ABŞ və Avropa İttifaqıdır".

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Sovet rejimindən qalma titullar ləğv edilməlidir

İran müharibəsi Azərbaycan sərhədlərində “narkotrafiki” dəyişdi...

Azərbaycan Şərqdəki müharibənin təsirlərinə çoxdan hazırlaşırdı...

SON XƏBƏRLƏR

02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...

02.04.2026 / 18:41
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu - Zaxarova nəyi nəzərdə tutdu...

02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi

02.04.2026 / 17:08
Sürücülər üçün yeni sığorta formulu tətbiq edildi...

02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq” - Paşinyan Putini həssas yerlərdən vurdu...

02.04.2026 / 16:33
Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu

02.04.2026 / 16:17
Paşinyan Moskvaya mesaj - "Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var, ancaq..."

02.04.2026 / 16:01
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edilib

02.04.2026 / 15:25
Vensin İrəvanda imzaladığı nüvə sazişinə Kreml dərhal “kontr” qoydu...

02.04.2026 / 15:08
Bu universitetdə dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunur - Dövlət Agentliyindən açıqlama...

02.04.2026 / 14:55
Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol...

02.04.2026 / 14:55
Nizami Kino Mərkəzi müdaxilə - polis araşdırmaya başladı- FOTO

02.04.2026 / 14:35
Paşinyan Putinə üz-üzə mesaj verdi - "biz bu hərəkatı davam etdirməyəcəyik"...

02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

02.04.2026 / 14:20
"Orta Dəhliz hər birimizin marağına cavab verir" - Prezident

02.04.2026 / 14:07
Prezident İlham Əliyev: "Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir"

02.04.2026 / 14:03
Sabiq prezident Sarkisyanın partiyası 7 iyun seçkisindən imtina etdi - Kreml taktika dəyişir?...

02.04.2026 / 14:01
"Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq" - Prezident

02.04.2026 / 13:57
Prezident: "Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir"

02.04.2026 / 13:55
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - Prezident

02.04.2026 / 13:52
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edildi

02.04.2026 / 13:33
Yeni nazirlik İcbari Tibbi Sığortada nələri dəyişməlidir?..

02.04.2026 / 13:21
Tramp İranla bağlı aprelin 6-nı gözləməyəcək...

02.04.2026 / 13:18
Paşinyandan Putinə “tərs sillə”...

02.04.2026 / 12:58
Müharibə başlayandan Türkiyənin 60 ton qızılı hara yox oldu?..

02.04.2026 / 12:34
Türk dünyasının ortaq ali təhsil məkanının yaradılması təklif olunur

02.04.2026 / 12:22
İranda müharibənin miqyası genişlənir, BƏƏ Hörmüz boğazına görə savaşa daxil olur...

02.04.2026 / 12:16
Putinlə Paşinyan Kremldə “atışdı”, iki ölkənin ziddiyyətləri daha da dərinləşdi...

02.04.2026 / 12:03
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO

02.04.2026 / 11:57
Növbəti köç karvanı Kəlbəcərə yola salındı

02.04.2026 / 11:43
Əli Əsədov TDT hökumət başçılarının görüşündə Zəngəzur dəhlizinin əhəmyyətindən danışdı...

02.04.2026 / 11:27
Bakıda TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentlərnin görüşü keçirilib - YENİLƏNDİ

02.04.2026 / 11:16
Prezident İlham Əliyev TDT hökumət başçılarının görüşünün iştirakçılarını qəbul etdi - FOTO/YENİLƏNDİ

02.04.2026 / 11:04
Tramp indi də “göylə əlləşməyə” qərar verdi...

02.04.2026 / 10:57
Mərkəzi Bank inflyasiya gözləntilərini açıqladı...

02.04.2026 / 10:23
Azərbaycanın da iştirak etdiyi böyük enerji platforması qurulur

02.04.2026 / 08:29
İsrailin Xəzərdə ticarətə yaratdığı təhdidlər qəbuledilməzdir - Rusiya XİN

02.04.2026 / 08:14
Trampın NATO ilə bağlı şikayətləri bloku zəiflətmək planının bir hissəsi ola bilər - Kaja Kallas

02.04.2026 / 07:56
“İranı yaxın həftələrdə "Daş dövrü"nə - layiq olduğu yerə qaytaracağıq” - Tramp

02.04.2026 / 07:37
ABŞ İsfahanı müvəqqəti işğal altında saxlayacaq - zənginləşdirilmiş uranı çıxarmaq üçün…

02.04.2026 / 07:20
İranın sabiq XİN rəhbərinin evi bombalandı

02.04.2026 / 00:23
Bu gün aprel zəfərindən 10 il ötür

02.04.2026 / 00:13
İsrail Hizbullah Cənub cəbhəsinin komandirini öldürdü

01.04.2026 / 23:44
Turizmin Cənnəti Türkiyə: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Şəhərlər…

01.04.2026 / 23:31
AB Kiyevə dondurulmuş Rusiya aktivlərindən 1,4 milyard avro verəcək

01.04.2026 / 23:19
Abşeron nahiyəsinin Xəzər dənizi sahilləri... XX əsrin əvvəlləri... Qanlı sənələr

01.04.2026 / 21:39
Ağ Ev İran müharibəsinin xərcini körfəz ölkələrindən tələb etdi...

01.04.2026 / 21:16
Lavrov 3-cü dünya müharibəsini rəsmən bəyan etdi...

01.04.2026 / 20:43
Trampın “İranı məhv etmişik” yalanlarının konkret hədəfi var...

01.04.2026 / 20:17
Rusiya Ukraynanın Luqansk bölgəsini tam ələ keçirdi…

01.04.2026 / 19:57
İran ABŞ-la bağlı Bolqarıstana nota verdi - Hava limanlarınızı onlara açmayın...

01.04.2026 / 19:38
Azərbaycanda hüquq-mühafizə orqanlarının adı ilə minlərlə vətəndaşı aldatmağa cəhd edildi

01.04.2026 / 19:25
"Prezident İlham Əliyev və Paşinyanın səyləri ilə Azərbaycan-Ermənistan münasibətləri sabitləşib" - Putin

01.04.2026 / 19:07
Əvvəlki illərdə ÜDM artımı 7 faizə yaxın idi, indi isə...

01.04.2026 / 18:42
Əli Əsədov TDT-nin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

01.04.2026 / 18:30
Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi

01.04.2026 / 18:16
Amerikada Tramp əleyhinə etiraz hərəkatı geniş vüsət alır

01.04.2026 / 18:04
Husilər neft qiymətlərinin daha sürətlə bahalaşmasını tətikləməyə başladılar

01.04.2026 / 18:00
İranın ballistik raketləri Tramp üçün daha ciddi problemə çevrilir

01.04.2026 / 17:55
"Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi" - Vüqar Rəhimzadə

01.04.2026 / 17:46
SOMDA-da 31 Mart Sоyqırımı Günü ilə əlaqədar anım tədbirləri kеçirildi - FOTO

01.04.2026 / 17:11
Rusiyada ətlə bağlı böyük təhdid yaranıb…

01.04.2026 / 17:09
İran müharibəsi NATO-nu parçalayır - ABŞ NATO-dan çıxa bilər...

01.04.2026 / 16:27
Körfəz ölkələrindəki 2800 "Patriot" raketinin 2400-nü İran məhv edib?..

01.04.2026 / 16:11
Nazir Vilayət Eyvazov Cəlilabadda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

01.04.2026 / 15:57
Azərbaycan İran müharibəsinə xeyli önləyən kurs müəyyənləşdirdi...

01.04.2026 / 15:42
BƏƏ İrana qarşı müharibəyə qoşulur - yarım əsrlik ada mübahisəsi yenidən gündəmə gəldi...

01.04.2026 / 15:35
Ağdərə sakini Suqovuşanda minaya düşdü....

01.04.2026 / 15:21
İranda ABŞ-ın quru əməliyyatının 2 ağlasığmaz hədəfi - "uran oğurluğu" və ...

01.04.2026 / 15:11
Rusiyadan Azərbaycana nağd pul axınının qarşısı alınacaq...

01.04.2026 / 14:50
İran nüvə silahına doğru böyük bir addım atdı...

01.04.2026 / 14:50
Bakıda cibgirlik edən 64 yaşlı kişi yaxalandı - VİDEO

01.04.2026 / 14:34
Tramp NATO-ya bir neçə öldürücü zərbə planlaşdırır...

01.04.2026 / 14:32
Şəraa qlobal neft oyunlarına baş vurdu - "Hörmüzə alternativ təklif edirəm"...

01.04.2026 / 13:51
MDU ilə “Mingəçevir SES Silsiləsi” arasında strateji əməkdaşlıq başlayıb...

01.04.2026 / 13:42
“Azərbaycan alüminiumu” ASC ləğv edilir

01.04.2026 / 13:37
İrandan Səudiyyəni sarsıdan hücum... ABŞ-ın hava gücünə ağır zərbə - 200 nəfərlik heyət vuruldu...

01.04.2026 / 13:21
Rusiya Azərbaycan üzərindən Ermənistana 349 ton buğda göndərdi...

01.04.2026 / 13:08
İranın növbəti zərbəsi dünya sosial şəbəkələrini iflic edə bilər...Google, Apple, Tesla...

Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

XƏBƏR ARXİVİ