Cümə axşamı günü, 17 iyul 2025
     

Yazıçıların pulsuz mənzil almasının nəyi pisdir ki...

Image

Məlum olduğu kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) 21 nəfərə mənzil verib. Mənzil alan AYB üzvlərinin adları artıq açıqlanıb. Şair Dəyanət Osmanlı, dramaturq Elçin Hüseynbəyli, şair Elxan Zal, yazar Ülviyyə Heydərova, gənc şair Ulucay Akif, Vaqif Əlixanlı, Aləmzər Sadıqqızı, Narıngül Nadir, Gülxani Pənah və başqaları ev alanlar sırasındadır. 

AYB-nin mənzil bölgüsündən bir sıra yazarlar narazı qalsa da, bunu təqdir edənlər də yox deyil. Mənzil alanlar, təbii ki, çox sevinirlər. Ev onların ümid yeri, sığınacağıdır. 

AYB üzvlərinə mənzil verilməsini təqdir edənlər sırasında millət vəkili, tanınmış yazıçı Aqil Abbas da var. O, mətbuata açıqlamasında yazıçılara dövlət tərəfindən ev verilməsinə çox sevindiyini bildirib: "Kimliyindən asılı olmayaraq, Allah ev alanların hamısına o evlərdə toy etməyi nəsib etsin, xoş günlər keçirsinlər. Hər halda yazıçıları qiymətləndiriblərsə, bundan gözəl nə ola bilər axı?! 20 nəfərin ev aldığı deyilir. 20 nəfər Yazıçılar Birliyinin bir faizi deməkdir. Anlayıram, yazıçılar arasında da pisi-yaxşısı var. Amma dövlət onu sevindirirsə, niyə narazı olmalıyıq?"

Deputat deyib ki, ev alanlar arasında gənc yazıçı Ulucay Akifin də ad var: "Ulucay Akifə ev verilməsindən gözəl nə ola bilərdi? Akif Səmədin oğluna ev verilməsinin nəyi pisdir axı? Adam gəncdir, nənəsinin evində qalır. Doğrudan Ulucay xəbərini eşidəndə çox sevindim. İstedadlı oğlandır, atası Akif də istedadlı şair, yaxın dostlarımdan idi. Yazırlar, birinin filan qədər evi var, digərinin filan şeyi var. Hə, nə olsun? Allah xoş söz deyənlərdən razı olsun, tənqid edənlərə də kömək etsin".

AYB-nin mənzillə təmin etdiyi  21 nəfərdən biri də şair, jurnalist, AYB üzvü (1996),   AYB-nin İdarə Heyətinin üzvü Dəyanət Osmanlıdır.  

Dəyanət Osmanlı: "İnsan bir-birinin yaxşı gününə sevinməyi bacarmalıdır" 

"Narazılar həmişə ədalətsizlikdən danışırlar. Amma özlərinin fikirlərində nə dərəcədə haqlı-haqsız olduqlarını bilmirlər. İnsan bir-birinin yaxşı gününə sevinməyi bacarmalıdır. 30-40 il dözüb ev alan yazıçı həmkarlarına kin-küdurət, qarğış yazanlar mənəvi cəhətdən kasad adamlardı. O qarğışlar başlarında çatlar, inşallah. Onlar heç zaman yaxşı nəsə düşünə, yaza və xeyirxah münasibət sərgiləyə, böyük-kiçik yeri bilməzlər. O çamurçuların səviyyəsinə enmək  istəmirəm. Amma yerlərini tanıtdıram: Adları "it dəftəri" nə də layiq deyil. AYB həmişə imkanlarına görə və bəzən imkandan daha artıq səviyyədə  üzvlərinin sosial durumunu yaxşılaşdırmağa çalışıb. Anar müəllim isə  sədrliyi dönəmində yazarlara, xüsusən də gənclərə çox böyük qayğı göstərib. Ancaq təəssüf ki, bəzən xeyirxahlığı müqabilində haqsız hücumlar görüb. Yenə də böyük  humanistlik edərək onları bağışlayıb, hətta mükafat, ev, təqaüd almalarına kömək edib. Nə qədər evsizləri, imkansızları sevindirib, eyni zamanda, Birliyin nüfuzunu da qoruyub saxlayıb, bu göz qabağındadır". Bunu "Bakı-Xəbər"ə açıqlamasında Dəyanət Osmanlı deyib. 

D.Osmanlının sözlərinə görə, uzun illər növbədə olan yazarlara bu günlərdə evlərin paylanması da növbəti xeyirxah addımdır: "Əlbəttə, hamını eyni vaxtda evlə təmin etmək mümkün deyil. Mən başqa həmkarlarımıza da sevinməyi arzu edirəm. Ümidvaram ki, bu da zamanında gerçəkləşər".

D.Osmanlı əlavə etdi ki,  elələri də var, cəmi bir neçə ildir AYB üzvüdür, ortaya bir səviyyəli əsər qoymayıb, üstəlik növbəsi də yoxdur, amma hansısa haqdan danışır. "Məlumatı dəqiqləşdirmədən 30-40 illik üzvlüyü, sosial ehtiyacı olan, tanınmış yazaların ünvanına hədyanlar söyləyirlər. Belələri həm yazıçılar mühitini qarışdırmaq istəyir, həm də sosial media vasitəsilə cəmiyyətə neqativ ötürürlər.   Onları öyrədib meydana salanlar var, yoxsa ki, ədəbiyyatda nə işləri, rolları ola bilər?!" - deyə D.Osmanlı qeyd etdi. 

Ülviyyə Heydərova: "Anar müəllim olmasaydı, heç bu mənzillər də olmayacaqdı" 

Yazıçı-darmaturq Ülviyyə Heydərova da "Bakı-Xəbər"ə açıqlamasında sevincini ifadə etdi.  "2016-cı ildə "Kirayə arzular" adında avtobioqrafik romana başlamışdım. Bu, kirayə qaldığım evlər və otaq yoldaşlarım haqqında idi. O vaxt sayca onuncu evdə idim, indi on dördüncü evdəyəm. Həm işlər çox oldu, həm də düzü, həvəsdən düşdüm. Adətən mən yazının finalını öncədən bilirəm deyə, rahat yazıram. Bircə "Kirayə arzular"ın finalını bilmədiyimə görə əsəri yarımçıq saxladım. Əzizlərim, dünən "Kirayə arzular"ın gözəl finalı oldu. Azərbaycan Yazıçılar Birliyi bəzi üzvlərini, o cümlədən də məni - 24 ildir kirayələrdə arzularla yaşayan insanı birotaqlı mənzillə təmin etdi. Kirayə evlərdə nə qədər qızdırıcı olsa belə insan içində isinmir. Çünki orda təkcə bədənin yox, ruhun da üşüyür. Xalq yazıçısı Anara  nə qədər təşəkkür etsəm azdır. Ona bir ömür minnətdaram! Çünki o mənim 24 illik həsrətimə son qoydu. Ömrümdə ikinci dəfə idi ki, sevincdən ağlayırdım. Bir Şuşa işğaldan azad olanda, bir də evlə bağlı xəbəri eşidəndə. Çünki hər ikisini illərlə arzulamışam. Hətta dostlarım, doğmalarım da bu xəbəri eşidəndə göz yaşlarını saxlaya bilmədilər. 

Ev xəbərini eşidəndə əziz dostum Günel Eminlini düşündüm, onun ruhunun nə qədər şad olduğunu hiss edirəm. Eminesko elə mən qədər bu evi arzulayırdı. Bax, indi sağ olsaydı, səhər açılandan yüz dəfə zəng edərdi, tort alıb bizə gələrdi...   

Əziz dostlar, tam əminliklə bilirəm ki, mənim sevincim sizin də sevincinizdir. Bayaqdan bu sevincin şahidi oluram. Bilirəm ki, əlacınız olsa, məni təbrik etmək üçün sabah yeni evimə gələrsiniz. Amma bunun üçün bir qədər (ya bir il, ya iki il) səbr eləməli olacaqsınız. Əvvəla bina hələ təhvil verilməyib. İkincisi, mənzil təmirsiz veriləcək. Təmir qiymətlərinin nə qədər yüksək olduğunu bilirsiniz. Deyirlər, evlənənlə ev tikənin işini allah düzəldir. Allah mənə də kömək olar...

Müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan, "Ulduz" jurnalının əməkdaşı Təranə Vahidin və tərcüməçi, uzun illərdir iki övladı ilə kirayələrdə qalan Sevil Gültənin siyahıda olmamasına çox təəssüfləndim. İnanıram ki, onların da mənzil problemi qısa zamanda həll olunacaq. Özüm də daxil, mənzillə təmin olunanlara qısa zamanda sağ-salamat evlərini təmir edib yaşamalarını arzulayıram!"-deyə  Ü.Heydərova bildirdi. 

Ü.Heydərova sonda bir daha  Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara minnətdarlığını bildirdi: "Anar müəllim  olmasaydı, heç bu mənzillər də olmayacaqdı. Onu da qeyd edim ki, Anar müəllim yazıçıları ən çox mənzillə təmin edən AYB sədridir".

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

16.07.2025 / 18:37
Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

16.07.2025 / 18:23
Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

16.07.2025 / 18:15
Paşinyan Zəngəzur dəhlizilə bağlı ABŞ-dan təklifin daxil olduğunu təsdiqlədi

16.07.2025 / 18:10
Pakistanlı nazir Azərbaycan haqda niyə bu sözləri eşitməli idi? - Dini liderin ətrafında çirkin intriqa...

16.07.2025 / 17:56
70 illik problem ancaq 2 dövlət prinsipi ilə həll oluna bilər - prezident ABŞ-a mövqe göstərdi...

16.07.2025 / 17:43
Vardanyan Bakıda məhkəmədə istədiyi vəsatəti qəbul etdirə bilir...

16.07.2025 / 17:30
Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...

16.07.2025 / 17:23
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü...

16.07.2025 / 17:18
Bakıda kişi arvadını güllələdi

16.07.2025 / 17:05
Kukla Teatrı “Bakı-Xəbər”in əməkdaşını “Teatrın dostu” mükafatı ilə təltif etdi...

16.07.2025 / 17:02
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16.07.2025 / 16:52
DİN-dən əməliyyat - narkoşəbəkənin daha iki üzvü 67 kq narkotiklə yaxalandı

16.07.2025 / 16:39
"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi

16.07.2025 / 16:27
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

16.07.2025 / 16:23
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

16.07.2025 / 16:20
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

16.07.2025 / 16:16
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub - FOTO

16.07.2025 / 15:49
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq" - Paşinyan

16.07.2025 / 15:41
Cəlilabadda doğuldu, Füzulidə şəhadətə qovuşdu – şəhid Elvin Bayramov...

16.07.2025 / 15:24
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışdı

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 15:01
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb - FOTO

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910