Ermənistan KTMT-nin yardımından rəsmən imtina etdi - sənəd təşkilatın gündəliyindən çıxarıldı...
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə tərəfdaşlarından respublikaya yardımla bağlı sənədi gündəlikdən çıxarmağı xahiş edib. Baki-xeber İnterfax-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bazar ertəsi Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bəyan edib.
"İkinci məsələ - Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi qərarının yekunlaşdırılması ilə bağlı tapşırığıdır. Ermənistan tərəfi, bütün digər müttəfiqlərin bu qərarı dəstəkləmələrinə baxmayaraq, bu sənədə maraq göstərməyib və üstəlik, işimizin son hissəsində onu gündəlikdən çıxarmağı xahiş edib", - “BelTA” dövlət agentliyi Tasmaqambetovun sözlərindən sitat gətirir.
Onu da qeyd edək ki, Paşinyan Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minskdə keçiriləcək görüşündə iştirakdan imtina edib.
TAHİR