Arıqlama çayları təhlükəlidirmi?
Müasir dövrümüzdə ən böyük bəlalardan biri də artıq çəkili insanların arıqlamaq məqsədilə qeyri-sağlam yollara əl atmasıdır. Bu üsüllardan biri də, çox istifadə edilən arıqlama çaylarıdır. Arıqlamaq istəyi onları həkim məsləhəti olmadan bu üsüllara əl atmağa sövq edir. Ta ki problem yaranana qədər.
Mütəxəssislər bildirir ki, tək bir çayın insanı arıqladacağını gözləmək absurddur. Nə arıqlama çayları, nə də dərmanları lipoliz funksiyasını idarə etmir. İştaha süni şəkildə təsir edildiyi zaman anidən şəkər düşməsi, təyziqin oynaması, eləcə də huşu itirmə kimi hallara da rast gəlmək mümkündür. Arıqlama vasitələrinin istifadəsi zamanı üzərində olan etiketə diqqət etmək tövsiyə edir. Məlumat üçün bildirək ki, arıqlama dərmanları daha çox qaraciyər, böyrəklər və bağırsaqlar üçün fəsadlar yaradır. Həmçinin bu dərmanlar xüsusilə də qaraciyər və böyrək çatışmazlığı, bağırsaqda isə yara yarada bilər.
Toksinlər qanda toplandığı zaman, orqanizmin mübarizə aparmağı çətinləşir, bu zaman isə hüceyrələrimizin tənəffüzü pozulur. Mütəxəssislərin də dediyi kimi, arıqlama dərmanlarının bir çox fəsadları var. Buna görə də arıqlamaq uğruna sağlamlığınızdan olmayın.
Aygün Carçıyeva
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi