10 ildə İraqla ticarətimiz 418 milyondan 29 milyon dollara düşüb....
"İraq Prezidentinin Azərbaycan səfərinin məqsədləri arasında siyasi səbəblərin də yer alması şübhəsizdir. Amma iqtisadi əlaqlərin hazırkı vəziyyəti qənaətbəxş he sab edilə bilməz". "Bakı-Xəbər" yazır ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 2012 ildə özünün tarixi zirzəsinə qalxan ticarət dövriyyəsi 418 milyon dolları keçmişdir: "İqtisadiyyatın yaxşı dönəmləri hesab edilən pandemiyadan əvvəlki 2018-2019-cu illərdə isə ticarət dövriyyəsi 14 milyon dollara qədər enib. Ötən il isə bu göstərici cəmi 29 milyon dollardan bir qədər artıq olub".
O qeyd edib ki, potensiallarla reallıqlar arasında kəskin fərq var. Bu potensialı gercəkləşdirilməsi üçün imkanlar da mövcuddur: "Bu gün 3 nazirlik və bir Agentlik rəhbərlərinin iştirakı ilə tərəfdaşlığa dair sənədlər imzalansa da, İraq prezidentinin iqtisadi yöndə fikirlərini dinlədikdə aydın hiss etmək olur ki, o da bütün ölkə rəhbərləri kimi ölkəsinə investisiya cəlb etməkdə maraqlıdır".
Eldəniz Əmirovun sözlərinə görə, İraqın iqtisadi potensialını və real investisiya qəbul edəcək sahələrini nəzərdən keçirdikdə ilk düşünülən İraq neft sənayesinin inkişafında Azərbaycanın rolunun artırılmasıdır. Bu da digər sahələrdə əməkdaşlığın genişlənməsinə imkan verən amil kimi qiymətləndirilə bilər.
Leyla SƏMƏNDƏR