BMT təmsilçisi Azərbaycana təşəkkür etdi: “Bu konfrans qadınlar üçün yeni fürsət olacaq"
BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı Azərbaycana bu cür əhəmiyyətli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib.
"Gender bərabərliyi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm addımdır. Biz hazırda olduqca transformativ mərhələdəyik. Bu konfrans gələcək baxımından qadınlar üçün yeni fürsət olacaq",- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Mətləb