Bayden imzaladı - TikTok ABŞ-da qadağan edilir, şirkət sahibinə vaxt verildi…
Dünyanın ən məşhur sosial media platformalarından biri olan TikTok ABŞ-da qadağan edilir. ABŞ Nümayəndələr Palatası, Çinin “ByteDance” şirkətinin sahibi TikTok-un ABŞ-dakı varlıqlarını başqa bir şirkətə satılmadığı təqdirdə ölkədə qadağan olunması barədə qərar qəbul edib.
ABŞ prezidenti Co Bayden bununla bağlı qanun layihəsini imzalayıb.
Qanun layihəsinə görə, “ByteDance” şirkətinin sahibi TikTok-un ABŞ-dakı aktivlərini 270 gün (12 ay) ərzində başqa şirkətə satmadığı təqdirdə sosial media platforması ölkədə qadağan ediləcək.
TikTok-un sahibi Shou Zi Çev isə, sözügedən qanunun icrasının qarşısını almaq üçün hüquqi mübarizədə qalib gələcəklərinə əminliyini ifadə edib: "Əmin olun, biz heç bir yerə getmirik. Faktlar və Konstitusiya bizim tərəfimizdədir və qalib gələcəyimizə ümid edirik".
TAHİR