Çərşənbə axşamı günü, 22 iyul 2025
     

1961-ci ildə Türkiyənin iç məsələsini erməni katolikosu həll edib? - Absurd kitab...

Image

Faiq Ələkbərli: "I Vazgenin gedib Türkiyənin iç məsələlərini həll etməsi, Konstantinopol Patriarxının seçilməsinə təsir göstərməsi barədə iddialar tamamilə absurddur, uydurmadır"

Ermənilərin antitürkiyə təbliğat maşını gecə-gündüz dayanmadan işləyir, hər dəfə "arxivin" küncündən yeni "faktlar" tapıb onu qardaş ölkənin əleyhinə istifadə etməyə çalışırlar. Antitürkiyə kampaniyasında son dövrlər yetişdirilən "türkoloqlar" xüsusi canfəşanlıq edir. 

Bu "türkoloqlar" elə ağlasığmaq iddialar irəli sürürlər ki, adam məəttəl qalır. Olmayan, baş verməyən, yaşanmayan hadisələr düzüb-qoşurlar və onu erməni cəmiyyətinə ixrac edirlər.  

Ermənistanda indiyə qədər Türkiyə ilə bağlı dezinformasiyalardan ibarət çoxlu sayda kitablar, "tədqiqat əsərləri" yazılıb. Bu nəşrlərdən biri də aprelin 22-də İrəvanda təqdimatı keçirilən "Türkiyə tarixi: 100 illik dövlətin siyasi konturları" kitabıdır ki, onu kitab yox, cızmaqara, şər, böhtan, yalan toplusu adlandırmaq daha doğru olar.

Bu üzdəniraq kitabın həmmüəllifi "türkoloq" Ruben Melkonyandır və o bildirib ki, bu, "erməni mütəxəssislərin" yazdığı ilk kitabdır.

Guya "əsər" "faktlar və arxiv materialları" əsasında yazılıb. "Emosiyalardan yan keçərək Türkiyəni olduğu kimi təqdim etməyə cəhd edilib. Kitabda Ermənistan-Türkiyə münasibətlərinə aid hadisələr, Türkiyədəki erməni faktoru, Türkiyədə erməni kilsəsinin problemləri və digər məsələlər öz əksini tapıb".

Yazırlar ki, kitabda Ermənistan-Türkiyə münasibətləri və Ərdoğandan sonra Türkiyənin necə olacağı, onun xələfinin kim olacağı ilə bağlı da proqnozlar var."Ermənistan cəmiyyəti Türkiyənin əslində necə olduğunu bilməlidir ki, həqiqətə uyğun gəlməyən yalan hadisələrdən qaçsın. Bundan əlavə, tələbələrin Türkiyəni tanıması və bu ölkə haqqında obyektiv biliyə sahib olması da vacibdir", - deyə müəllif əlavə edib.

Burada diqqətçəkən iddialardan biri odur ki, guya  1961-ci ildə Erməni Apostol Kilsəsinin Konstantinopol Patriarxı vəzifəsinə ermənipərəst din xadiminin seçilməsinə nail olmaq üçün bütün ermənilərin katolikosu I Vazgen Türkiyəyə səfər edib və Türkiyədə prezident səviyyəsində qəbul edilib. 

Digər həmmüəllif, türkoloq Vahram Ter-Matevosyan isə  "Türkiyənin 20-ci əsr tarixi göstərdi ki, Mustafa Kamalın siyasi sistemin "yuxarıdan" dünyəviləşdirilməsini tətbiq etmək siyasəti uzunömürlü ola bilməz. Siyasi ideologiyada 1980-ci illərdə dövlət ideologiyasına çevrilən islamçılıq və türk millətçiliyinin sintezinin yaranması buna sübutdur. Ərdoğanın Türkiyəsi bu ideologiyanın davamıdır" deyə iddia edib.

Kitabın yazılmasında iştirak edən digər türkoloq Varujan Geqamyan "Türkiyənin 20-ci əsrdəki bütün tarixi göstərir ki, bu və ya digər hakimiyyət demokratik şüarlarla gəlsə belə, bu ölkə həmişə avtoritarizmə can atır"-deyə sərsəmləyib. 

Göründüyü kimi, ermənilər yeni iddialarda bulunurlar və iddia edirlər ki, guya 1961-ci ildə erməni katolikosu ilk dəfə Türkiyəyə səfər edib, gedib orada Konstontinapol patriarxının seçilməsinə təsir göstərib, onu seçdirib gəlib. Yaxud iddia edirlər  ki, Kamalizm, yəni Atatürkçülük ideologiyası heç vaxt özünü doğrulda bilməz. Guya Türkiyə cəmiyyətinə yuxarıdan dünyəvilik gətirmək baş tutan məsələyə oxşamır, o uzun müddət davam edə bilməz. Guya Türkiyə cəmiyyətinə "avtaritarizm, diktatura, faşizm və sair xasdır". Ermənilər bunu iddia edir ki, Atatürkçülük ideologiyası guya o ölkədə uzun müddət yaşaya bilməz. Sözügedən absurd nəşrdə belə iddiallar irəli sürüb tarixi saxtalaşdırırlar, I Vazgeni elə qələmə verirlər ki, guya Türkiyənin iç məsələsini həll edib. Bu doğrudan da absurd bir iddiadır. 

"Türkiyəyə böhtan atmaqla, mövcud siyasi quruluş barədə absurd iddialar irəli sürməklə ermənilər qardaş ölkəyə heç bir təsir göstərə bilməz" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi ekspert Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu cür əsassız məsələlərin ermənilər tərəfindən ortaya atılması təxribat xarakteri daşıyır. "Ermənilər və onların havadarları zaman-zaman Türkiyəyə qarşı bu cür əsası, kökü olmayan iddialarda bulunublar. Erməniləri bu cür saxta kitablar yazmağa vadar edən daha çox onların arxasında dayanan böyük güclərdir. Ayrı-ayrı dövrlərdə o qüvvələr dəyişsə də, məqsədləri dəyişməyib. Təəssüf ki, xristian kimliyinə bürünmüş bir çox xalqlar - ingilislər, almanlar, fransızlar və başqaları erməniləri daim türklərə qarşı qoymağa çalışıb, bu gün də o tendensiya davam etdirilir. Əlbəttə, erməni "türkoloqların" irəli sürdükləri onların öz "kəşfləri" deyil, onları qızışdırıb ortaya salan antitürk dairələrin, qüvvələrin fikirləridir. Yəni I Vazgenin gedib Türkiyənin iç məsələlərini həll etməsi, Konstantinopol Patriarxının seçilməsinə təsir göstərməsi barədə iddialar tamamilə absurddur, uydurmadır. Bu, Türkiyənin, türklüyün böyüklüyünə, əzəmətinə kölgə salmağa xidmət edir. I Vazgenin hansı qlobal səlahiyyəti ola bilərdi ki, gedib Türkiyədə də hansısa iş görsün?. Bu tamamilə saxta və uydurmadır. Ermənilərin rolunu böyütmək istəyirlər, amma faydasızdır"-deyə F.Ələkbərli bildirdi.

F.Ələkbərli qeyd etdi ki, erməni "türkoloqların" kitabında Atatürkçülük, Türkiyə cəmiyyəti, onun dünyəvilikdən uzaq olması barədə yazılanlar da yalandan və xülyadan başqa bir şey deyil, bu onların öz xəyallarıdır. "Tarixən mövcud olan bütün türk dövlətləri demokratik, ədalətli dövlətlər olub. Bunun bariz nümunəsi kimi Osmanlıları, Səfəviləri, Səlcuqları və başqalarını göstərə bilərik. Türk dövlətlərində daim ədalətlilik, sosial bərabərlik, humanizm olub. Erməni müəlliflərin Atatürkçülüklə bağlı dedikləri də, Türkiyənin dünyəvikdən uzaq olmasını iddia etmələri də, "fazizm, diktatura" kimi əsassız fikirlər söylmələri də onların əsl məqsədini ortaya qoyur. Sözdə erməni "soyqırımı"nın "ildönümü" ərəfəsində belə bir kitabın ortaya çıxması onların əsl niyyətlərini açıb göstərir. Onlar Türkiyəyə qarşı belə böhtanlar atmaqla bir növ özlərinə təsəlli verməyə çalışırlar. Türkiyəyə böhtan atmaqla, mövcud siyasi quruluş barədə absurd iddialar irəli sürməklə ermənilər qardaş ölkəyə heç bir təsir göstərə bilməz. Türkiyə cəmiyyəti kifayət qədər savadlı, müdrik cəmiyyətdir, dünyəviliyə də, Atatürkçülüyə də, mövcud hakimiyyətinə də sahib çıxmağı bacarır"-deyə F.Ələkbərli bildirdi.

Erməni müəlliflərin suyu bulandırmaqla, tarixi saxtalaşdırmaqla məşğul olduğunu deyən F.Ələkbərli hesab edir ki, bunun zərbəsi də daha çox ermənilərin özlərinə dəyəcək.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

22.07.2025 / 09:31
Donald Tramp Prezident İlham Əliyevin Xankəndidəki çıxışından bir hissəni paylaşıb

22.07.2025 / 09:21
Prezidentin pişiyinə cangüdən ayrıdılar...

22.07.2025 / 09:14
"Mançester Siti" bu futbolçuya 40 milyon avro qiymət qoydu!

22.07.2025 / 09:06
Batan gəmi 109 il sonra tapıldı...

22.07.2025 / 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür...

22.07.2025 / 09:00
14 yaşlı yeniyetmə Novxanı çimərliyində həyatını itirib

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910