Bazar ertəsi günü, 14 iyul 2025
     

İlham Əliyevin Rusiya səfəri: Bakı və Moskva regionda yeni reallıqlar formalaşdırır

Image

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.

Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə geniş diqqət ayırıb. Rusiyanın tanınmış xəbər agentliklərində iki ölkə rəhbərinin görüşünün iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəyi, Moskva və Bakının Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasındakı perspektivlər müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub

Səfər barədə Metbuat.az-a açıqlama verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə aparılan müzakirələr bu regionda formalaşan yeni reallıqlarla bağlıdır:

"Hazırda Ermənistan- Azərbaycan münasibətlərində gözlənilən hadisələrə hazırlıqlar başlayıb. Bu, həm sülh sazişi, həm sərhədləri müəyyən etmə prosesi ilə bağlıdır.Rusiyanı daha çox maraqlandıran nəqliyyat dəhlizlərinin formalaşması ilə bağlıdır. Rəsmi Moskva bu münasibətlərdə rol almaq istəyir və bu təbii bir şeydir. Çünki sülh sazişi və sərhədini müəyyən etmə prosesində Ermənistan-Azərbaycan ikitərəfli format formalaşıb. Lakin nəqliyyatın açılmasında Rusiyanın tərəf kimi iştirakı mövcuddur, üçtərəfli komissiya var və bu, 11 yanvar 2021-ci il bəyanatı ilə də şərtləndirilib".


Politoloq vurğulayıb ki, Rusiyanı Ermənistanda inkar etmək mümkün deyil. Bu fikrini əsaslandıran Fərhad Məmmədov qeyd edib ki, orada həm sərhədin qorunma funksiyası Rusiyaya aiddir, həm də Ermənistan dəmir yolları Rusiya şirkəti tərəfindən istismar edilir:

Bununla yanaşı təhlükəsizlik məsələləri də müzakirə edilməlidir. Çünki Qərb son müddət ərzində regionda geosiyasi addımlar həyata keçirib, geosiyasi xətlər cızmağa çalışır. Əlbəttə, regionun açar dövləti olan Azərbaycan və bu münasibətlərdə rol oynayan Rusiya Federasiyasının müzakirələri tam təbiidir".

İki ölkə liderinin səfəri əlamətdar bir hadisəyə BAM- nın 50 illik yubileyinə də təsadüf edirdi. Bu barədə Metbuat.az-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib. Millət vəkili bildirib ki, Avrasiyanın ən nəhəng layihələrindən biri olan BAM-ın tikilməsi və başa çatdırılması bilavasitə həmin dövrdə SSRİ Nazirlər Şurası sədrinin 1-ci müavini vəzifəsində çalışmış Heydər Əliyevin adı ilə bağlıdır:

"Bununla yanaşı, iki qonşu dövlətin rəhbərlərinin görüşü hər iki tərəf üçün maraqlı olan digər məsələlərin də müzakirəsi üçün yaxşı bir fürsətdir. Əminəm ki, Azərbaycan və Rusiya liderləri ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin mövcud durumunu müzakirə ediblər və əlaqələrin inkişaf perspektivlərini dəyərləndiriblər. Məlumdur ki, dövlət başçılarının görüşü ilə eyni zamanda, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin ərazidən çıxarılması prosesi başlanıb. Belə bir şəraitdə regional təhlükəsizlik kontekstində Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi kimi məsələlər mütləq müzakirə mövzusu olub".

Millət vəkili onu da xatırladıb ki, Rusiya və Azərbaycan arasında 2022-ci ilin fevralında imzalanmış sənədə uyğun olaraq ölkələrimiz arasında müttəfiqlik əlaqələri hökm sürür. Lakin bu, heç bir üçüncü dövlətə və ya tərəfə qarşı deyil.

Cavanşir Feyziyev qeyd edib ki, Qazax rayonunun 90-cı illərdə işğal olunmuş 4 kəndinin danışıqlar yolu ilə geri qaytarılması isə Azərbaycan və Ermənistan arasında aparılmış birbaşa dialoqun nəticəsidir:

"Bu prosesdə Moskvanın bilavasitə iştirakı yoxdur. Əslində Moskva həm Bakını, həm də İrəvanı özünün müttəfiqi kimi görür və Cənubi Qafqaz ölkələri ilə münasibətlərini məhz bu əsasda tənzimləməyə çalışır. Bunun nə dərəcədə uğurlu olması isə hazırda regionda yaranmış yeni vəziyyətin Rusiya və Ermənistan tərəfindən adekvat dəyərləndirilməsindən asılı olacaq".

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.



VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbuldə ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910