Pentaqonun rəhbəri Kiyevə düşən kimi bu bəyanatı verdi... Mən gəlmişəm ki...
Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynaya səfər edib. Bu barədə Ostin X hesabında məlumat yayıb. ABŞ-ın müdafiə naziri hesabında paytaxt stansiyasından çəkilmiş fotonu paylaşıb. Onu Kiyevdə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb.
"Mən Ukrayna liderləri ilə görüşmək üçün indicə Kiyevə gəlmişəm. Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə qarşı Ukraynaya azadlıq uğrunda apardığı mübarizədə həm indi, həm də gələcəkdə dəstəyini davam etdirəcək",-deyə o bildirib.
Leyla SƏMƏNDƏR