Cümə axşamı günü, 10 iyul 2025
     

Avtomobil alışı üçün Azərbaycandan xaricə çıxarılan valyutanın həcmi kəskin azalacaq...

Image

Məlum olduğu kimi, ötən aydan etibarən Rusiyanın  "AvtoVAZ" şirkəti  Azərbaycanda "Lada" avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır. 

"AvtoVAZ"ın rəhbəri Maksim Sokolov qeyd edir ki, Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib. Layihə çərçivəsində xüsusi olaraq işə götürülən işçilərə Rusiyanın Tolyatti şəhərindən olan mütəxəssislər təlim keçib.

Maksim Sokolov onu da qeyd edib ki, Azərbaycanda yerli istehsalın açılması "Lada"nın bu ölkədəki bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin mövcudluğunu artırmağa kömək edəcək: "Biz "Granta" ilə başlayırıq və ilin sonuna qədər yerli istehsalın çeşidini "Niva" ailəsi – "Legend" və "Travel" ilə genişləndirməyi planlaşdırırıq. Test nümunələri artıq yığılıb, "Vesta" ailəsi ilə birlikdə keyfiyyət yoxlamasından keçir. Yaxın bir neçə ildə illik istehsal həcmi 4-5 min avtomobilə çata bilər". "AvtoVAZ" şirkətinin Azərbaycanda avtomobil yığmağa başlaması ilə bağlı bir məqam da diqqət çəkir: bu qurum Rusiyanın Ukraynaya hücumundan sonra Qərb ölkələrinin sanksiyalarına məruz qalan şirkətlər arasındadır. Məsələn, bir müddət öncə ABŞ Maliyyə Nazirliyi yeni sanksiya paketi tətbiq edib. Bu sanksiyalara görə, "AvtoVAZ"a hər hansı məhsul satan şirkətlər ABŞ-da sanksiyalara məruz qala bilər. Hesab olunur ki, belə sanksiyaların tətbiqi şirkətin xammal alışını çətinləşdirə bilər. Çünki "AvtoVAZ" şirkəti heç də bütün məhsulları özü istehsal etmir. Xaricdən məhsul alışı ilə bağlı çətinliklərsə istehsalı azalda bilər. Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavayev isə bildirib ki, Azərbaycanda "AvtoVAZ" avtomobillərinin istehsalına başlanılması Rusiya şirkətinə müxtəlif modellər üçün komponentlərin tədarük zəncirini saxlamağa imkan verəcək. Həmin komponentlərin bir çoxu müxtəlif ölkədən, o cümlədən "Renault"un istehsalçısı olan Fransadan alınıb. Bu korporasiya həm iqtisadi, həm də texnoloji baxımdan "AvtoVAZ" ilə çox sıx inteqrasiya olunub. A.Karavayev deyib ki, indi "AvtoVAZ"ın Azərbaycanda hüquqi şəxslər vasitəsilə komponentlərin tədarükü üzrə öz bazarını sabitləşdirmək imkanı var. Bu onu deməyə əsas verir ki, Rusiya şirkətinin Azərbaycan bazarına girişini həm də buradakı şirkətin digər ölkələrdən rahat idxal gerçəkləşdirə bilməsi şərtləndirib.

Azərbaycan rəsmiləri xarici avtomobillərin Azərbaycanda yığılması ilə bağlı addımları bu avtomobillərin daha sərfəli qiymətə başa gələcəyi ilə əsaslandırır. Qeyd edək ki, bir müddət öncə hökumət Azərbaycanda hazırlanan avtomobilləri ƏDV-dən azad edib. Bu məqam, doğrudan da, Azərbaycanda hazırlanan avtomobilləri eyni avtomobillərin idxalı ilə müqayisədə ucuzlaşdıra bilər. Xatırladaq ki, ötən il Azərbaycanda cəmi 3 min 738 ədəd avtomobil yığılıb. Eyni ildə Azərbaycana xaricdən 88 min ədəddən çox avtomobil gətirilib. Deməli, Azərbaycanda hazırlanan avtomobillər idxal edilən avtomobil sayının cəmi 4 faizinə yaxındır. Təkcə ötən il avtomobil idxalına 1 milyard 515 milyon dollar xərclənib. İndi avtomobil istehsalı ilə bağlı atılan addımlar bu vəsaitin önəmli bölümünün ölkədə qalmasını şərtləndirə bilər. Qeyd edək ki, Naxçıvanda "Lifan", "FAW", "Changan", Neftçala zavodunda isə "Khazar", "AzSamand" və "Peugeot" markalı avtomobillər istehsal olunur. Bu il isə Rusiyanın "QAZ" şirkətlər qrupu ilə "Azərmaş Park" məhdud məsuliyyətli cəmiyyəti Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi avtomobillərin birgə istehsalını işə salıb.  2021-ci ildə ilk dəfə olaraq Özbəkistan zavodu Hacıqabul Sənaye Məhəlləsində fəaliyyətə başlayıb. Zavod hazırda böyük tələbat doğuran 6 növ avtomobil istehsal edir. Bura "Onyx", "Cobalt" və digər modellər daxildir. Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bir müddət öncə bu xüsusda qeyd edib: "Azərbaycanda il ərzində Özbəkistan zavodu və yerli müəssisələrin qarşılıqlı əməkdaşlığı nəticəsində istehsal olunacaq avtomobillərin sayını 30 minə çatdırmaq istəyirik. Bunun üçün yeni sexlərin tikilməsi artıq nəzərdə tutulub. Biz yerli istehsalın artırılması və Hacıqabuldakı zavodun ətrafında orta və kiçik müəssisələrin yaradılması üzərində işləyirik. Azərbaycanın İqtisadiyyat Nazirliyi və İqtisadi Zonaların İnkişafı Agentliyi ilə birgə çalışırıq. Biz təkcə maşınqayırma sahəsində deyil, həmçinin elektrik avadanlıqlarının istehsalı sferasında da birgə əməkdaşlıq etmək istəyərdik, çünki bizim tekstil, pambıqçılıq və digər müxtəlif sahələri əhatə edən xeyli sayda layihələrimiz var və nazirliklə, təşkilatlarla, maraq göstərən qurumlarla birgə nəzərdən keçiririk. Özbəkistandan olan investorları Azərbaycana və sizin ölkənizin investorlarını Özbəkistana dəvət edirik. Burada bizə iki ölkə liderlərinin təşəbbüsü əsasında qurulan 500 milyon dollar kapitalı olan İnvestisiya Fondu da çox kömək edir. Həmin fonda həm Özbəkistan, həm Azərbaycan sahibkarları öz layihələrinin maliyyələşdirilməsinə dəstək üçün müraciət edib, layihələrini təqdim edə bilərlər".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 15:05
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

10.07.2025 / 14:25
Beynəlxalq səyyahlar Şuşa şəhərində...

10.07.2025 / 14:18
Əbu-Dabidə Prezident İlham Əliyevlə Paşinyan arasında görüşün nəticələri açıqlandı

10.07.2025 / 14:05
Prezident İlham Əliyevlə Paşinyan arasında görüş başa çatdı - FOTO/VİDEO/YENİLƏNDİ

10.07.2025 / 14:02
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir" - Xocalı soyqırımı zamanı yaralanmış şəxs

10.07.2025 / 13:54
"İşdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub" - Nazir

10.07.2025 / 13:40
İlk dəfə Şuşadan poçt vasitəsilə Avropa və ABŞ-a məktub göndərildi

10.07.2025 / 13:31
Nəsimidə narkoşəbəkənin iki üzvü 21 kq narkotiklə saxlandı...

10.07.2025 / 13:10
Евгению Примакову! Между русской культурой и Азербайджаном не нужны посредники - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.07.2025 / 12:50
İtaliyada anomal istilərdən 500 nəfərin öldüyü iddia edildi...

10.07.2025 / 12:34
6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verildi

10.07.2025 / 12:17
Ermənistanda müxalif deputatın oğlu da saxlandı

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:03
Ermənistanla gerçəkdən sülh mümkündürmü? - CANLI

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 min dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910