Amerikalı aktyor keçmiş sevgilisini məhkəməyə verdi
Məşhur amerikalı müğənni Britni Spirs 2000-ci illərdə Castin Timberleykdən hamilə olduğunu etiraf edib.
İfaçı xatirələr kitabında 19 yaşında ondan hamilə qaldığını və uşağı tələf etdirdiyini söyləyib. Timberleyk bu açıqlamasına görə Spirsi məhkəməyə verməyi planlaşdırır.
Belə ki, kitabdakı etiraflar rezonansa səbəb olub. Britninin pərəstişkarları Timberleyki qınayaraq, onun ünvanına tənqidlər yazıblar. Bu səbəbdən müğənni sosial media hesabında şərh bölmələrini bağlamaq məcburiyyətində qalıb. Hətta o, təhdidlərə görə bir neçə çıxışını ləğv etməli olub. Həm maddi baxımdan itkilərlə qarşılaşan, həm də reputasiyasına dəyən ziyana görə, o, Britnini məsuliyyətə cəlb etmək istəyir.
Mətləb