Çərşənbə günü, 9 iyul 2025
     

Vasitəçilər olmasa, Bakı və İrəvanın işi daha yaxşı gedəcək...

Image

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ölkəmizə qaytarılması barədə razılıq əldə olunması ən mühüm tarxi hadisələrdən biri hesab edilir. Bununla Azərbaycan və Ermənistan arasında ilk dəfə sərhəd müəyyənləşib.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşünün nəticələri hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb edib. Tərəflər delimitasiya prosesinin ilkin mərhələsində sərhədin ayrı-ayrı hissələrinin Sovet İttifaqı dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq müəyyən olunmuş yerlərdən keçməsini qərarlaşdırıblar. Bu fonda Qazax rayonunun şimal-qərbində, demək olar, xarabalığa çevrilmiş dörd kəndin ölkəmizə qaytarılması barədə razılıq əldə olunub. Onlar Birinci Qarabağ müharibəsindən, 1992-ci ildən Ermənistanın nəzarətində qalıb. Ermənistan rəhbərliyi etiraf edirdi ki, həmin kəndlər onsuz da Ermənistan ərazisi deyil. Ancaq oraya nəzarət, faktiki olaraq, Ermənistanın əlindədir. Özü də bunlar anklav da deyildi. Anklav bir dövlətə aid torpaq hissəsinin digər ölkənin torpaqları tərəfindən əhatə olunmasıdır. Amma Azərbaycanın geri almaq istədiyi kəndlərin sayı əslində 4 deyil, 8-dir. Yuxarı Əskipara, Sofulu və Bərxudarlı anklav kəndlərdir. Digər belə bir kənd isə, Naxçıvan yaxınlığındakı Kərki kəndidir. Azərbaycan hesab edir ki, bu kəndlər sərhədlərin müəyyənləşdirilməsi prosesi başlayandan sonra qaytarıla bilər. Ermənistan baş naziri Nikol Paşinyan Qazax rayonu ilə sərhəddə yerləşən Voskepar və Kirants kəndlərində kənd sakinləri ilə görüşəndə 4 kəndi Azərbaycana təhvil verməyin zəruriliyi barədə danışıb. Sakinlərlə görüşdə Paşinyan bəyan edib ki, Azərbaycanla müharibəyə yol verməmək üçün Ermənistan hakimiyyəti demarkasiya və delimitasiyaya başlayıb. Onun sözlərinə görə, bunun üçün sərhədlərin demarkasiyası və yaşayış məntəqələrinin Bakıya verilməsində kompromis lazımdır. Paşinyanın müsbət bəyanatlarına baxmayaq, Ermənistanda bu kəndlərin Azərbaycana qaytarılmasına etirazlar var. Bəzilərinin iddiasına görə, kəndlər Azərbaycana verilərsə, Ermənistan üçün dövlətlərarası yollarla bağlı ciddi problem yaranır. Belə ki, Ermənistanı Gürcüstanla birləşdirən yol Tavuş rayonunda bu kəndlərin yaxınlığından keçir. Kəndlər Azərbaycana verildikdə yolun bir hissəsi Azərbaycanın nəzarəti altına düşür və faktiki Ermənistanın Gürcüstandan quru yolla əlaqəsinin kəsilməsi risqi yaranır. Ermənistanı təbii qazla təchiz edən boru kəməri də bu ərazidən keçir. Ermənistan kəndlərini birləşdirən dolanbac yolların bir hissəsi də indi Azərbaycanın nəzarətində olmayan ərazidən keçir. Amma 2024-cü il martın 12-də keçirdiyi mətbuat konfransında Paşinyan erməni kəndlərinin blokadasını aradan qaldırmaq üçün keçmiş Ermənistan SSR-in hüdudlarından kənara çıxan yollar əvəzinə Azərbaycanla sərhəddə yolun yeni hissəsini tikmək planlarını açıqlayıb.

Qazaxa yaxın ərazidə yerləşən Voskepar sakinləri sərhədin bu sahəsində ərazilərin təhvil verilməsinin "Berkaber, Sariqyuğ, Tsaxkavan, Kirants, Voskepar, Bağanis, Voskevan, Koti və Barekamavan sərhəd kəndlərinə ciddi zərər vuracağını, mühüm əhəmiyyətli İcevan-Noyemberyan yolunun itiriləcəyini, kəndlərin boşalacağını" bildirir. Amma Azərbaycan ermənilər üçün heç bir təhdid yaratmır. Qazaxın kəndlərinin diplomatik yolla azad olunması Azərbaycan və Ermənistan arasında dinc müstəvidə nəticəyönümlü danışılqarın mümkün olduğunu göstərir. Dörd kəndin dinc yolla Azərbaycana qaytarılması bir daha onu göstərdi ki, rəsmi Bakının və İrəvanın öz işini həll etməsi üçün kimsənin vasitəçiliyinə ehtiyacı yoxdur. Eyni zamanda həmin kəndlərin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın bərpası istiqamətində atılan mühüm tarixi addımdır. Qazaxın 4 kəndinin geri qaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər bir reallıq isə bu uğurun bölgədə gərginlik yaratmaq istəyən beynəlxalq güclərin aktivliyi şəraitində əldə edilməsidir. Bu fonda gürcü politoloq Badri Naçkebiya qeyd edir: "Azərbaycanla Ermənistan arasında son günlərdə aparılan danışıqlardan sonra ermənilərin işğal etdikləri 4 kəndin Azərbaycana qaytarılması çox böyük nailiyyətdir. Bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə,  Azərbaycan və Ermənistan rəsmilərinin keçirdikləri görüşdə Ermənistanın işğal altında saxladığı 4 Azərbaycan kəndinin də azad edilməsinə razılıq verməsi sıradan bir hadisə deyil. Bu, əslində, iki ölkənin beynəlxalq vasitəçilər olmadan apardığı və müsbət nəticələr əldə etdiyi ilk uğurdur. Bu uğura prezident İlham Əliyevin praqmatik xarici siyasəti və diplomatiyası nəticəsində nail olunub. Ona görə də demək olar ki, Azərbaycanın 4 kəndinin də işğaldan azad edilməsi barədə əldə olunmuş razılıq, məhz prezident İlham Əliyev diplomatiyasının uğurudur. Düşünürəm ki, Zəngəzur dəhlizinin də açılması ilə bağlı danışıqlar prosesində də tez bir vaxtda müsbət nəticələr əldə olunacaq". 

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910