Bakıda həbsdə saxlanan Vardanyanın arvadı ağ yalanlar danışdı - Ruben kitab oxuyur?..
Səadət Bənənyarlı: “Azərbaycan qanunvericiliyi əsasında məhkumlara mütaliə üçün kitab və qəzetlər verilir”
Bakı həbsxanasında "aclıq aksiyası keçirən" Qarabağ separatçısı Ruben Vardanyanın ailəsi onunla danışdıqları barədə məlumat yayıb.
Bu barədə erməni mediası məlumat yayıb: "Bakıda saxlandığı həbsxanadan bizə zəng etdi”. Onunla danışan qohumları iddia edirlər ki, Vardanyan “bütün bu müddət ərzində tam təcrid olunmuş vəziyyətdə imiş, ona hətta kitab oxumağa belə icazə verilmirmiş. Ancaq qan təzyiqi ölçülür və başqa heç nə yoxdur və biz onun səhhətinin pisləşməsindən narahatıq”. Vardanyanın ailəsinin bu iddiası əsassızdır. Çünki məhbuslara tibbi növqeyi-nəzərdən xüsusi nəzarət var, mütəmadi olaraq onların səhhəti yoxlanılır. Həmçinin, məhbuslara mütaliə üçün də şərait yaradılır.
“Hər bir məhbus mütəmadi olaraq həkim nəzarətində olur, onların sağlığı üçün şərait yaradılıb, Vardanyanın ailəsinin iddiaları əsassızdır”
Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məhkumların bütün hüquqları tam şəkildə təmin olunur: “Azərbaycan qanunvericiliyi əsasında məhkumlara mütaliə üçün kitab və qəzetlər verilir. Vardanyan ailəsinin kitab verilmir kimi iddiası əsassızdır”.
Hüquq müdafiəçisi onu da əlavə etdi ki, hər bir məhbus mütəmadi olaraq həkim nəzarətində olur. Onların sağlığı üçün şərait yaradılıb: “Məhbusun hər hansı bir şikayəti varsa, ailəsi bu haqda deməli idi ki, Vardanyanın filan problemi var. Demirsə. deməli bu iddilar da əsassızdır. Ailəsi etiraf edib ki, həkim tərəfindən qan təzyiqi tez-tez yoxlanılır. Bu o deməkdir ki, o şəxs həkim nəzarətindədir. Həbsdə olan hər bir məhkumun sağlığı diqqətdə saxlanılır. Azərbaycan dövləti onların təhlükəsizliyini təmin erməklə, ailəsi ilə müntəzəm əlaqə yaratmağa şərait yaradır. Bunun qarşılığında belə iddiaların səsləndirilməsi gülüncdür”.
Günel CƏLİLOVA