"Dünyadakı ədalətsiz sistem strateji ağıla sahib, vicdanlı insanların yetişməsi ilə aradan qalxacaq"...
Aprelin 22-də Bakıda yerləşən Beynəlxalq Maarif Məktəbində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının da iştirakı ilə tədbir keçirilib. Tədbirdə Türkiyə Maarif Vəqfinin nümayəndələri, o cümlədən Sərdar Güldoğan çıxış edərək, vəqfin Azərbaycandakı uğurlarından, dünyanın 52 ölkəsindəki fəaliyyətlərindən bəhs edib. 2018-ci ildən fəaliyyəti başlayan vəqf indi yeni korpusla min nəfərlik şagirdlik binası ilə xidmət göstərəcək. İş adamlarımıza xüsusi təşəkkürümü bildirirəm, onlar öz dəstəyini vəqfimizdən əskik etməyiblər.
Türkiyənin Azərbaycandakı fövqəladə səfiri Cahit Bağcı tədbirdə çıxış edərək, Maarif Vəqfinin keçdiyi məşəqqətli yollardan, o cümlədən, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərindən və qlobal siyasi-hərbi problemlərdən söz açaraq, bildirib ki, dünyadakı ədalətsiz sistem yalnız ağıllı, strateji ağıla sahib və vicdanlı insanların yetişməsi ilə aradan qalxacaq:
'Dəyərli müşavirlərimiz, hörmətli qonaqlarımız, şagirdlərimiz, bu gözəl gündə hər birinizi salamlayıram. Vəqfin qurucusu olaraq bu quruluşun 464 qurumla fəaliyyət göstərməsi qürur qaynağımızdır. Cənubi Amerikadan Cənubi Afrikaya qədər fəaliyyətini davam etdirən vəqfimiz öz uğurlarını müvəffəqiyyətlə davam etdirir. Biz istəyirik ki, beynəlxalq məktəblərimiz qardaş ölkələrlə dostluq körpüsü rolunda çıxış etsin.
Dünyada lokal və qlobal problemlər artıb, ədalətsizlik çoxalıb. Belə bir dövrdə bizim birlikdə çalışaraq, həll yolu ortaya qoyan nəsillər yetişdirmə məsuliyyəti içində olmalıyıq və biz buna sahibik. Qarabağ zəfəri sonrası 30 il pozulan ədaləti Azərbaycan Türkiyənin də mənəvi dəstəyi ilə bərpa edib. İndi beş üzvü olan və dünyada beynəlxalq nizamı təmin edə bilməyən BMT eyni zamanda Kiprdəki, Moskvadakı və Fələstindəki işğalı, qətliamı, zülmləri durdura bilməyib. Biz bundan nəticə almalı, ölkəsinə, millətinə faydalı, strateji ağıla sahib insanlar yetişdirməliyik. Azərbaycandakı yeni korpuslarımızla bunu deməliyəm ki, Maarif Vəqfimiz imtahanla şagird qəbul edən təhsil sektoruna çevrilə bilmişik. Vəqfin Azərbaycanda şagirdlərə yaratdıği imkanlar göz önündədir. Bu vəqf, adından söz açan böyük quruluşa çevriləcək" - deyə, Cahit Bağcı qeyd edib.
SAMİRƏ