Cümə axşamı günü, 22 may 2025
     

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanladı

Image

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları,

Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən Konfransda sizi salamlayıram.

Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilmişdir. Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk.

Azərbaycan sədrliyi dövründə Bandunq Prinsiplərinə sadiq qalaraq Qoşulmama Hərəkatının gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm səylər göstərmişdir.

Qeyd etmək lazımdır ki, məhz Qoşulmama Hərəkatı COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynamışdır. 2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilmişdir.

Biz bəzi ölkələrin yürütdüyü "vaksin milliyətçiliyi" siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.

Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür.

Həmçinin Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.

Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram.

Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir.

Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda açılmışdır. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olmuşdur.

Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur.

Hazırda, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Bu xüsusda, dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkün qadınlara iş imkanlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir.

Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır. Böyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.

Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaqdır.

Konfransın işinə uğurlar və qonaqpərvər Bakı şəhərində xoş vaxt keçirməyi arzu edirəm".

Qeyd edək ki, bu gün Bakı "Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi" mövzusunda beynəlxalq konfransa ev sahibliyi edir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

22.05.2025 / 21:27
Özbəkistan Şuşa Bəyannaməsinə qoşulur, Azərbaycan Türk dünyasının əsas birləşdirici qüvvəsinə çevrilir...

22.05.2025 / 21:12
Qarabağda Azərbaycanla birgə hərbi təlimlər vaxtı İranın müdafiə naziri İrəvana niyə getdi?..

22.05.2025 / 21:00
"Suriya bölünəcək, yeni daxili müharibə başlayacaq" - ABŞ kimi hədələyir...

22.05.2025 / 20:46
Qərbi azərbaycanlılar üçün Ermənistandan təhlükəsizlik zəmanəti tələb edildi...

22.05.2025 / 20:32
Almaniyalı nazirdən sensasiyalı iddia - ABŞ Rusiyaya misilsiz sanksiyalar hazırlayır...

22.05.2025 / 20:19
Qərbi Azərbaycana qayıdış Bakı-İrəvan sülhünün mühüm şərtlərindən birinə çevrilir...

22.05.2025 / 20:05
Ermənistan Rusiya-Belarus ittifaq dövlətinə doğru itələnir - Köçəryan-Sarkisyan güruhu hücumda...

22.05.2025 / 19:52
İlham Əliyevin Türk İnvestisiya Fondu barədə fikirləri ümumtürk birliyini böyük hədəflərə yönəldəcək...

22.05.2025 / 19:38
Paşinyan Lavrovla KTMT-yə qayıdışı müzakirə etməkdən imtina etdi...

22.05.2025 / 19:25
Azərbaycan gəncləri Vətənin tərəqqisi naminə səfərbər olublar

22.05.2025 / 19:18
“Tramp Avropaya Ukraynayla Rusiyanı baş-başa buraxmağı təklif etdi” - BILD

22.05.2025 / 19:10
Lavrov indi “başa düşür” ki, Ermənistanın istehkamları Qarabağda əbədi qalmaq üçün idi...

22.05.2025 / 18:57
Türk dövlətlərinin nəqliyyat əməkdaşlığı Azərbaycanın üzərində dayanıb - Əliyev izah verdi...

22.05.2025 / 18:51
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verdi - "Savadım olmadığı üçün..."

22.05.2025 / 18:43
Türk sammitində Azərbaycanın COP29 uğuru rəsmi bəyan edildi - "körpü saldıq"...

22.05.2025 / 18:34
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik etdi

22.05.2025 / 18:30
Rusiya-Ermənistan münasibətləri yeni pillədə - Bakı-İrəvan sülhünü nə gözləyir...

22.05.2025 / 18:17
ABŞ Mərkəzi Asiyadan Azərbaycana qaz xətti çəkir - müzakirə başladı...

22.05.2025 / 18:10
“Macarıstan və Azərbaycan təbii müttəfiq və strateji tərəfdaşdırlar” - Əhliman Əmiraslanov

22.05.2025 / 18:03
Lavrov Ermənistana istədiyi ölkədən silah almağa icazə verdi - Fransa barədə narazılığını da bildirdi...

22.05.2025 / 17:50
Vüqar Rəhimzadə: Türk dövlətlərinin qlobal siyasi proseslərə təsir imkanları artır

22.05.2025 / 17:39
Terrorçu Yasin Hüseynzadənin edam edilməsi Bakı-Tehran münasibətlərinə təsir edəcək...

22.05.2025 / 17:26
Avropa Parlamentində yeni korrupsiya qalmaqalı - Belçika prokuroru 5 deputatın həbsinə icazə istədi...

22.05.2025 / 17:12
DGK xanım bloqerin gömrükçülərlə bağlı iddialarına cavab verdi...

22.05.2025 / 17:05
Beynəlxalq təşkilat Ermənistana Konstitusiya dəyişikliyi çağırışı etdi

22.05.2025 / 16:51
Məhkəmədə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etməsi öhdəliyini götürməsi barədə məxfi sənədin olmasını ifşa edən material nümayiş etdirildi

22.05.2025 / 16:27
“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi

22.05.2025 / 16:10
NATO baş katibi Rusiya ilə mümkün müharibənin tarixini açıqladı - başımız dərddə olacaq...

22.05.2025 / 16:04
Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

22.05.2025 / 15:52
İcra icraatı üzrə nağd ödəniş qadağan edildi - Əks halda 1000 manatadək cərimələnəcəklər

22.05.2025 / 15:50
Prezident bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi

22.05.2025 / 15:47
Mediasiya haqqında qanunda dəyişiklik edildi

22.05.2025 / 15:30
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - dönərxana bağlandı...

22.05.2025 / 15:12
Qurban bayramında ardıcıl 4 gün iş olmayacaq...

22.05.2025 / 14:56
İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra razılığa gəldilər

22.05.2025 / 14:52
ABŞ Senatı Rusiyaya “təcrid” sanksiyaları barədə xəbərdarlıq etdi

22.05.2025 / 14:50
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

22.05.2025 / 14:48
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.05.2025 / 14:47
Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib - SƏRƏNCAM

22.05.2025 / 14:45
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı - FƏRMAN

22.05.2025 / 14:44
Azərbaycan Türk Dövlətləri Təşkilatı üçün açar ölkəyə çevrilir

22.05.2025 / 14:26
DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

22.05.2025 / 14:11
Masallıda 15 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

22.05.2025 / 13:42
Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları “YouTube”dan silindi

22.05.2025 / 13:28
İrəvan qazılığının fəaliyyəti bərpa edildi - yeni qazı təyin olundu...

22.05.2025 / 13:21
Daha bir narkotacir ifşa olundu - mənzildə satırdı...

22.05.2025 / 13:10
Армения испугалась не на шутку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.05.2025 / 12:52
Binəqədidə silsilə oğurluqlar edən şəxs tutuldu

22.05.2025 / 12:45
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edildi

22.05.2025 / 12:23
Növbəti köç karvanı Xocalıya yola salındı...

22.05.2025 / 12:04
Özbəkistan Prezidenti Azərbaycanla müttəfiqlik Müqaviləsini təsdiqləyib

22.05.2025 / 12:00
QMİ Qurban bayramı ilə bağlı fətva verib - İyunun 6-da Bayram namazları qılınacaq

22.05.2025 / 11:31
"İran uranın zənginləşdirilməsi üçün heç kimdən icazə almayacaq" -Xameneidən ABŞ-a mesaj

22.05.2025 / 11:21
Azərbaycan XİN İsrailə başsağlığı verib

22.05.2025 / 11:15
Hökümətdən benzin və dizel ilə bağlı MÜHÜM QƏRAR

22.05.2025 / 11:06
Prezident İlham Əliyev Möminə xatun türbəsi barədə Sərəncam imzaladı

22.05.2025 / 11:03
Rusiya miqrantlara qarşı savaşa başladı. Məqsəd nədir? - CANLI

22.05.2025 / 11:00
60 şübhəli saxlanılıb - Polisdən açıqlama

22.05.2025 / 10:35
Putinin müşaviri SSRİ-nin qanuni olaraq mövcudluğunu bəyan etdi

22.05.2025 / 10:27
Azərbaycanlı qadın təyyarədə vəfat edib

22.05.2025 / 10:20
"Mançester Yunayted " üçün 51 ildən sonra yeni antirekord!

22.05.2025 / 10:13
"Ayrı yaşamaq çox gözəldir" - Sevda qayınanasından danışdı

22.05.2025 / 10:06
"ABŞ-də nifrət və radikalizmə yer yoxdur" - Tramdan ÇAĞIRIŞ

22.05.2025 / 10:00
Çində 36 milyon dollar rüşvət alan məmur edam olunacaq

22.05.2025 / 09:45
Aprel ayı ərzində 9 milyona yaxın tibbi xidmət göstərilib

22.05.2025 / 09:44
Netanyahu sakitləşmək bilmir: - "İsrail Qəzzəyə tam nəzarəti ələ keçirəcək"

22.05.2025 / 09:44
Zirə bu gün qazsız qalacaq - XƏBƏRDARLIQ

22.05.2025 / 09:24
Naxçıvanda aqrar texnikanın ƏDV-dən azad olunması niyə ləğv edildi?

22.05.2025 / 09:22
Ceyhun Bayramov və BƏƏ-nin XİN rəhbəri arasında telefon danışığı olub

22.05.2025 / 09:16
Trampı dəli edən sual! O, sualı verən jurnalisti zaldan qovdu

22.05.2025 / 09:07
Trampın 400 milyon dollarlıq "oyuncaq" təyyarəsi ABŞ-a gətirilib...

22.05.2025 / 09:06
“Tottenhem” Avropa Liqasının qalibi oldu

22.05.2025 / 09:00
Pərviz Şahbazov OPEC-in Vyana toplantısına qatılacaq

22.05.2025 / 08:56
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnib - TƏCİLİ

22.05.2025 / 08:37
Şagirdlərə imtahan sualları tutan bunker müəllimlərinə kəskin ittihamlar yağdırılır - reaksiya yoxdur...

21.05.2025 / 23:21
Roma Papası İsraili biabır etdi

21.05.2025 / 23:13
Lavrov Ermənistanın, Azərbaycanın və Gürcüstanın birliyini pozanları günahlandırdı

21.05.2025 / 22:31
"Azərbaycanla bağlı əsas diqqətimiz Ermənistanla sülhün əldə olunmasına yönəlib" - ABŞ dövlət katibi

21.05.2025 / 22:19
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Macarıstana işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO

21.05.2025 / 22:17
Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

21.05.2025 / 21:32
Gürcüstan Rusiyaya xatir Qərblə bütün körpüləri yandırdı, Rusiyanın cavabı belə oldu...

Azərbaycan gəncləri Vətənin tərəqqisi naminə səfərbər olublar

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678