"Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik" - İlham Əliyev
“Azərbaycan sədrliyi dövründə (Qoşulmama Hərəkatına – red.) dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.”
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib.
Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərdiyini qeyd edən dövlətimizin başçısı bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıb. Dövlət başçımız müraciətində qeyd edib ki, qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur.
Mətləb Salahov