30 yaşlı qadın idmançıdan dünya rekordu
Keniyalı idmançı Perez Cepçirçir qadınlar arasında marafon üzrə dünya rekordu qırıb. Bu rekord London marafonunda qeydə alınıb. Cepçirçir məsafəni 2 saat 16 dəqiqə 16 saniyəyə qət edib. Bundan əvvəlki rekordu 2017-ci ildə keniyalı atlet Meri Keytani müəyyən etmişdi - 2 saat 17 dəqiqə 1 saniyə.
Qeyd edək ki, Cepçirçir 30 yaşındadır və Tokio Olimpiadasının marafon qalibidir. O, həmçinin üç dəfə fərdi yarışlarda və bir dəfə komanda şəklində Dünya Marafon Çempionatının qalibi olub.
Mətləb