İranda ŞOK statistika: Yol qəzalarında 20 min insan ölüb...
İranın yol polisinin başçısı Həsən Mömini qonşu ölkədəki yol qəzaları barədə maraqlı açıqlamalrla çıxış edib. H.Mömini bəyan edib ki, İranda ötən il yol-nəqliyyat hadisələri nəticəsində azı 20 min nəfər ölüb. Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri çox ciddi və narahatedici problemə çevrilib: “Son illər yol-nəqliyyat hadisələrinin sayı artır”.
Həsən Mömini qeyd edib ki, bir neçə il əvvəl yol qəzaları nəticəsində ölənlərin sayı 16 minədək azalmışdı, ancaq indi bu istiqamətdə yenidən artım müşahidə olunur: “İranda yol qəzalarının baş verməsinin ən mühüm səbəbi insan faktorudur (62 faiz), ikinci yerdə nəqliyyat yolları və vasitələrinin vəziyyətidir. Bunlar ölənlərin sayının artmasında ən böyük rol oynayır”.
Mətləb