Vardanyan Bakı türməsində aclığa əl atdı- "Nobel mükafatı" afyorası işləmədi...
2023- cü ildə Qarabağdan qaçarkən yaxalanmış separatçı canı Ruben Vardanyan saxlandığı Bakı həbsxanasında aclıq elan edib. Bu barədə erməni mediası yazıb. Medianın xəbərlərinə görə , Vardanyan "özünün ədalətlə mühakimə olunmasını, məhkəmənin açıq keçirilməsini tələb edir".Erməni mediası onu "siyasi məhbus" kimi qələmə verir və iddia edir ki, imzalanacaq sülh sazişinə bu tip canilərin azad edilməsi barədə də maddə daxil edilməlidir. Qarabağda misilsiz cinayətlər törətmiş şəxs özünə "ədalətli mühakimə" mühiti istəyir. Gülməli deyil?
Xatırladaq ki, az əvvəl Vardanyanın pulu ilə hərəkət edən bir erməni institutu Vardanyanın adının Nobel sülh mükafatına namizəd kimi irəli sürülməsi təşəbbüsü ilə çıxış edib.
Təklif beynəlxalq aləmdə ciddi reaksiya doğurmadı. Görünür buna görədir ki, indi də yeni fikirlər ortaya atıblar. Vardanyanın guya siyasi məhbus olması, sazişə bu barədə maddə daxil edilməsi və sair kimi cəfəng təkliflər səslənir.
Nahid Salayev