"Qafqazda ilk xristianlıq qalası olan Ermənistanı necə qoruyacaqsınız?" - prezidentliyə namizədlərə rüsvayçı sual...
ABŞ prezidentliyinə üç namizədin cavabları sualın özündən də biabırçı olub.
Vaşinqtonda "Qohum liderlər" konfransının aparıcısı Bob Vander Platts bu sualla prezidentliyə namizədlərə müraciət edib.
Namizəd Ramasvami "erməni xristianları təqib etdiyi üçün Azərbaycanı qınayıram" deyib.
Namizəd Santis deyib ki, ABŞ erməni xristianlarını Azərbaycandan açıq qorumalıdır.
Digər namizəd Nikki Xeyli isə cavab verib ki, Azərbaycanda baş verənlər ağlasığmazdır və biz bunu Azərbaycana açıq deməliyik.
Bunlar hələ prezident olmamış ədalətsizliyə, üzgörənliyə başladılar.
Tahir Tağıyev