Ermənilər Yerusəlimdə də ərazi iddialarına başladılar - "İnək bağı" adlanan yer...
İnanılmaz olsa da həqiqətdir. Yerusəlimdə yaşayan azsaylı ermənilər anlaşılmaz məzmunda ərazi iddialarına başladılar. Yerusəlim erməni patriarxlığının anlayışına görə, Yerusəlimin erməni məhəlləsindəki "İnək bağı" adlı ərazi məsələsi yeni mərhələyə keçib.
Patriarxlıq hesab edir ki, bu onun guya 16 əsrlik tarixi ərzində üzləşdiyi ən böyük təhlükədir. Patriarxlıq hesab edir ki, ərazi ona məxsusdur, ancaq aldatma yolu ilə müqaviləni imzalamış tərəflərdən biri və Yerusəlim polisi kobud güc tətbiq etməyə çalışır və hədə-qorxu gəlir. Erməni icması və erməni patriarxlığı guya məsələnin güc yolu ilə həllinə qarşı olduqlarını bildiriblər və tələb edirlər ki, məsələ güc tətbiq edilmədən, yerli və beynəlxalq hüquq normaları ilə həll edilsin.
Klassik erməni ərazi iddiasının əlamətləri ortadadır.
Tahir Tağıyev