Diplomatiya işə yaramasa Türkiyə başqa yola əl atacaq... - Hakan Fidandan İsrailə xəbərdarlıq...
Türkiyə hazırda Qəzza zolağında münaqişənin dayandırılmasına nail olmaq üçün diplomatik vasitələrdən istifadə edir, lakin diplomatiyanın uğursuz olduğu təqdirdə başqa vasitələri da istisna etmir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, Ankara İsraillə diplomatik münasibətləri kəsmək məsələsini nəzərdən keçirib, lakin hesab edir ki, bu, “digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar” olmalıdır.
Qeyd edək ki, noyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İsraildəki səfirini geri çağırıb.
TAHİR