Fransanın DİN rəhbərini yumruqladılar
Dənizaşırı ərazilərə səfəri zamanı Fransanın daxili işlər naziri Jerar Darmanin zorakılığa məruz qalıb. Belə ki, Puent a Pitr şəhərində Qvadelupa televiziyasına müsahibə verərkən bir gənc nazirə yaxınlaşıb.
Nazirlə görüşmək istədiyini deyən gənc onun çiyninə yumruq vurub. Mühafizəçilər onu kənarlaşdırıb. Şəxsiyyəti açıqlanmayan şəxs həbs edilib.
Mətləb