Bakı ilə İrəvan 1974-1990-cı illərin xəritələri üzərində razılaşıb?.. Paşinyan nə danışır?
ATƏT PA-nın İrəvan Assambleyasında Paşinyanın bəzi şübhəli bəyanatları diqqət çəkib. Baş nazir Azərbaycanla Ermənistanın sülh sazişinin əsas prinsipləri barədə razılığa gəldiklərini deyib və bu razılaşmaların Brüsseldə 14 may və 15 iyulda Mişelin vasitəçiliyi ilə əldə olunduğunu bildirib.
Paşinyanın sözlərinə görə, Bakı ilə İrəvan arasında SSRİ Baş Qərargahının 1974-1990-cı il xəritələri barədə də razılaşma var.
Qəribədir, Azərbaycan heç vaxt 1974-90-cı il xəritələri ilə bağlı razılaşma olduğunu bildirməyib. Belə ki, Bakı ancaq "hüquqi mötəbərliyə malik xəritələri qəbul etdiyini" bəyan edib.
Digər tərəfdən, əgər əsas prinsiplər barədə razılıq varsa, o zaman İrəvan 2 ay öncə Azərbaycanın təklif etdiyi sayca 5-ci saziş mətni variantına niyə cavab verməyib?
Görünür ki, Azərbaycan və Türkiyə İrəvanda təmsil olunmadıqlarından Paşinyan bütün yanlışları rahat şəkildə danışa bilib.
Namiq Quliyev