Bazar ertəsi günü, 7 iyul 2025
     

Başlıbel faciəsi - ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov götürüb, 18 nəfəri qətlə yetirib

Image

Hüseyn Mirzəyev: "30 nəfər kənd sakini 113 gün mühasirədə qalıb" 

18 aprel tariximizə Başlıbel faciəsi ilə düşüb. 31 il bundan əvvəl erməni separatçıları və terrorçuları Kəlbəcər rayonunun Başlıbel kənd sakinlərinə qarşı amansız qətliam həyata keçirib.    

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilməyib. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsa da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özünü qorumağa çalışıb. Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən "Portda" kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib, 1 nəfər itkin düşüb. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib.

Şahid ifadələrinə diqqət yetirək: 

Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb: "Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu "UAZ" markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdı. Ertəsi gün ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Durbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərara gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız "Portda" kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən "Portda" kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna görə "Nəbinin kahası"na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki, "Portda"ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular. Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar".

113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin daha bir üzvü Elşad Əzizov isə deyib ki, aprelin 18-dən 19-na keçən gecə ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov aparmış, 18 nəfəri qətlə yetirmişdi: "Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi "Portda" kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. "Portda"da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsl qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu". 

Qarabağ döyüşlərində tankçı olan Ağdam sakini Məzahir Abbasquliyev hadisəni belə xatırlayır:

"İki ayağı olmayan, iki çəliklə yeriyən Hüseyn kişini Mədəniyyət Evində yandırmışdılar. Körpə uşaqların və qadınların əzabları gözümüzün qarşısında olub. Görən olmasın deyıə, gecə yol gəlirdik. Körpülərin hamısında erməni postları olduğu üçün məcburən çaydan keçməli idik. 4-5 nəfər qol-qola tutaraq çaydan keçdik. Özümüzlə kəndir götürmüşdük. Hər iki tərəfdən ağaca bağladıq və qadınları, uşaqları çiynimizdə keçirdik..."  

Qeyd edək ki, 2017-ci ilin aprelindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə kitabı nəşr edilib. Kitabda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Nəşrdə Başlıbel kəndində törədilmiş qırğının canlı şahidlərinin fikirləri yer alıb, mühasirədə qalan uşaq, qoca və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilib.

"Təəssüflər olsun ki, dayım Ağamirov Qənayətin qalıqlarını hələ də tapa bilməmişik, onun barəsində heç bir səs-soraq yoxdur" 

Başlıbel kənd sakini, texnika elmləri namizədi, dosent, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekanı, tanınmış şair Hüseyn Mirzəyev "Bakı-Xəbər"ə bildirdi ki, o acı günlərin dəhşətli mənzərəsi heç zaman yaddan çıxmır. Başlıbel faciəsi baş verəndə H.Mirzəyevin 18 yaşı varmış və o, Bakıda Azərbaycan Texniki Universitetinin birinci kursunda oxuyurmuş. Faciə baş verən zaman kənddə olmasa da, orada baş verənlərdən xəbərdar olub: "O hadisə baş verəndə mən Bakıda tələbə idim. Novruz bayramından sonrakı günlər heç zaman yadımızdan çıxmaz, çox çətin günlər idi. Həmin vaxt camaatımızın rayondan çıxacağı gözlənilirdi. Bizim ailə böyük çətinliklə, səhv etmirəmsə, aprelin 5-də gəlib Bakıya çıxdı. Qızların hamısının ayaqlarının altı suluqlamışdı, çünki bütün yolu piyada gəlmişdilər. Dayım Ağamirov Qənayət İsmayıl oğlu Başlıbeldə qalmışdı. İxtisasca müəllim olan dayım kənddən çıxmamışdı, sonra ermənilər onu kəndin içərisində işgəncə ilə öldürüblər. Yəqin qonşuluqda olan evi yandıranda o çölə çıxıb və ermənilər də onu amansızlıqla qətlə yetiriblər. Orada olan kəndçilərimiz danışırdılar ki, dayımın meyitinin üzərində işgəncə izləri olub, hətta üzündə siqaret kötüklərinin yanıqlarının izi də varmış. Çox dəhşətli günlər idi. Qonşu kənddən olan bir kişini bizim kənddə diri-diri yandırıblar. Səhv etmirəmsə, o, Xallanlı kəndindən olub.

Bizim kəndimiz böyük kənd idi. Başlıbel faciəsinə qədər də bizim şəhidlərimiz olub. Həmin faciə zamanı elə biri yaşlı qadın olmaqla dörd nəfəri kəndin içində öldürüblər, onlar çıxa bilməmişdilər, kənddə idilər, ermənilər də onları qətlə yetiriblər. 5-6 nəfəri Kəlbəcərə gələrkən yolda, 12 nəfəri kahada qırğın olanda öldürüblər. 30 nəfər kənd sakini 113 gün mühasirədə qalıb, iyul ayında gəlib Daşkəsənə çıxıblar, sonra Gəncəyə gəliblər. May ayının sonlarına qədər kənd sakinləri ümid ediblər ki, kənd işğaldan azad ediləcək, camaat geri qayıdacaq. Ancaq görüblər mümkün deyil, ondan sonra kənddən çıxmaq qərarına gəliblər"-deyə H.Mirzəyev qeyd etdi. 

H.Mirzəyev bildirdi ki, gec də olsa haqq-ədalət öz yerini tutdu və Kəlbəcər işğaldan azad edildi. Müsahibimiz vurğuladı ki, Başlıbelin azad olunması Başlıbel şəhidlərinin ruhunu sevindirir: "Şəhidlərimizin ruhu şaddır, çünki qisasları alınıb. Onların qəbirlərini yeniləyiblər, hər məzarın üzərinə löhvələr qoyublar. Orada dəfn edilənlərin qalıqları ekshumasiya olunub, DNT analizi həyata keçirilib, tanınma olub. Təəssüflər olsun ki, dayım Ağamirov Qənayətin qalıqlarını hələ də tapa bilməmişik, onun barəsində heç bir səs-soraq yoxdur. Orada Ələsgər baba olub, yaşı yüzdən çox olmasına baxmayaraq, çox gümrah idi, kəndi tərk edib çıxmayıb. Gəlsəydi, o gənclərdən də qıvraq gələrdi. Ələsgər baba haqda da heç bir məlumat yoxdur".

H.Mirzəyev qeyd etdi ki, Başlıbel faciəsinin tanıdılması istiqamətində işlər genişləndirilməlidir. Dünya birliyinin həmişə türk xalqının faciələrinə qarşı kar və kor olduğunu deyən H.Mirzəyev vurğuladı ki, indi də dünya eyni yolu tutub, hər şeyi görməzdən gəlirlər. Amma bununla belə, H.Mirzəyev ümid edir ki, haqq-ədalət mütləq öz yerini tutacaq. "Şükür Allaha, torpaqlarımız əlimizdədir. Kəndimiz işğaldan azad ediləndən sonra cəmi bir dəfə getmişəm. 2021-ci  ildə getdim. Çox qarışıq hisslər yaşadım, onu sözlə ifadə etmək çox çətindir. İndi də danışanda çox həyəcanlanıram. Kövrək hisslər yaşadıq. Kişi olsaq da, göz yaşlarımızı saxlaya bilmədik. Evimizdən əsər-əlamət qalmayıb. Həyətdən bir ovuc torpaq götürmək istədim, əlimi nə qədər torpağa çəkdim əlimə ot gəldi, əlim torpağa çatmadı. Yəni ot o qədər bitib çürüyüb üst-üstə qalıb ki... Kəndimiz tamamilə viran qoyulub, dağıdılıb, məhv eidlib. Kənd bizim orada qalanların gözlərinin qarşısında dağıdılıb, viran qoyulub. Kəndi talayıblar. Yük maşınları ilə gəlib xalçaları ayrı, soyuducuları, televizorları, başqa şeyləri ayrı aparıblar. Evləri talayandan sonra da od vurub yandırıblar. Yalnız son vaxtlar tikilən evlərin divarları salamat kimi görsənir. Qalanlarında bir daş belə ələ gələn deyil. Daş belə artıq orada çürüyüb"-deyə bildirən H.Mirzəyev böyük inamla bildirdi ki,  kəndləri yenidən kərpic-kərpic qurulacaq və 31 il bundan əvvəl məcburiyyət qarşısında  qalıb Başlıbeli tərk edən kənd sakinləri geri dönəcəklər, yenidən evlərinin işığını yandırıb ocaqlarını qalayacaqlar, təndirə çörək yapıb o yerlərin bar-bərəkətini özünə qaytaracaqlar...        

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nəqliyyat naziri Starovoytun evində ölüsü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:57
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə ittiham etdi

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

06.07.2025 / 12:20
Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək...

06.07.2025 / 11:43
Polis Laçında əməliyyat keçirdi - 300-ə yaxın çətənə kolu və silah-sursat...

06.07.2025 / 10:34
Əhmədbəyli–Füzuli–Şuşa yolu layihəsi beynəlxalq mükafata layiq görüldü

05.07.2025 / 23:14
Ukrayna Voronejdə hərbi aerodromu vurdu - sursat anbarı və azı bir hərbi təyyarə məhv edildi...

05.07.2025 / 22:50
Tramp Putinə xəbərdarlıq etdi - yeni sanksiyalar daha sərt olacaq...

05.07.2025 / 22:22
" Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik" - Türkiyə Cumhurbaşkanı

05.07.2025 / 21:26
ABŞ səfirliyi Amerika vətəndaşlarına Azərbaycanı tərk etməyə çağırdığı barədə iddiaları təkzib etdi

05.07.2025 / 18:26
Azərbaycandakı sərmayə mühiti ECO-nun 10 illik strategiyasında mühüm rol oynaya bilər...

05.07.2025 / 17:57
Azərbaycanda 350 milyard dollar sərmayə - ECO ölkələri üçün bu nə deməkdir?...

05.07.2025 / 17:23
Qərbi azərbaycanlıların hüquqları daha bir beynəlxalq platformada əks olundu...

05.07.2025 / 16:50
Ölkədə 40 yaşdan yuxarı məktəb müəllimi qalmayacaq - prosesə baxın...

05.07.2025 / 15:18
Solo Gənclik” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək

05.07.2025 / 15:04
Ərdoğan Ermənistan-Azərbaycan sülh sazişinin perspektivlərindən və Zəngəzur dəhlizindən danışdı...

05.07.2025 / 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

05.07.2025 / 14:30
Bərdədə sakini 5 kiloqram narkotiklə tutuldu

05.07.2025 / 14:17
Türkiyədə üç iri şəhərin CHP-dən olan bələdiyyə sədrləri həbs edildi...

05.07.2025 / 14:07
Putin atəşkəsdən açıq şəkildə imtina etdi - Tramp Ukraynaya istədiyi silahları verəcəkmi?

05.07.2025 / 12:39
ECO-nun Xankəndi Zirvəsi: Prezident İlham Əliyev azad olunmuş torpaqları sülh və əməkdaşlıq məkanına çevirir

05.07.2025 / 11:40
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib

05.07.2025 / 11:17
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO

05.07.2025 / 11:06
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik etdi

05.07.2025 / 10:28
Tramp "TikTok"u Çindən alır

05.07.2025 / 10:25
İngilislər ŞOKDA - Covid-19-un yeni ştammı yayılıb

05.07.2025 / 09:23
"Fluminense" ilk finalçı oldu

05.07.2025 / 09:18
Bu gün Aşura günüdür

“8 Noyabr” stansiyası bu səbəbdən innovativ enerji siyasətinin parlaq nümunəsi sayılır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910