Troya xarabalıqları - Tarixin daş yaddaşı...
Müxtəlif dövrlərə aid 10 fərqli şəhər təbəqəsi ilə mürəkkəb və zəngin arxeoloji quruluşa malik Troyada ən qədim yaşayış məskənləri e.ə. 3 min il əvvələ aiddir. 500-cü illərə qədər fasiləsiz məskunlaşan bu unikal ərazi bölgə sakinlərinə o dövrdə Ege dənizindən Qara dənizə qədər bütün ticarəti nəzarətdə saxlamağa imkan verdi.
Troya Avropa sivilizasiyasının ilkin inkişafını anlamaqda mühüm şəhərdir. Homerin İlyadasına və yaradıcılıq sənətinə verdiyi töhfələrə görə də mədəni əhəmiyyətə malikdir.
Çanakkale vilayətinin sərhədləri daxilində Kaz dağının ətəyində yerləşən Troya 1996-cı ildə Milli Park elan edilib və 1998-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Xalq arasında Trova Atı ilə tanınan Troya Qədim Şəhəri Çanakkalenin Mərkəz mahalındakı Tevfikiye kəndinin qərbində yerləşir.
Məlumdur ki, Karamenderes (Skamender) və Dümrek çaylarının axdığı bir körfəzin kənarında yerləşən Troya ilk qurulduğu illərdə dənizə çox yaxın idi və zamanla dənizdən uzaqlaşdı. Min illər boyu müharibə və təbii fəlakətlər nəticəsində dağıdılan, dəfələrlə yenidən qurulan şəhər getdikcə əhəmiyyətini itirmiş, dənizdən uzaqlaşması nəticəsində tərk edilmişdi.
Aparılan qazıntılar nəticəsində 16-cı əsrdən etibarən səyyahların ziyarət etdiyi bölgənin tikililərində çiy kərpicdən istifadə olunduğu üçün şəhər təbəqələrinin üst-üstə yığılıb təpəyə çevrildiyi anlaşılıb. Qədim məbədlərin sələfi olan meqaron tikililərin ən möhtəşəmi Troyada eramızdan əvvəl e.ə. 3 min ildən bəri görülür. Bundan əlavə, hələ dəmirin bilinmədiyi zaman Troyada e.ə. 2500-cü illərdən bəri kəsilmiş daş texnikasından istifadə edilən divar hörgülərinə rast gəlinir.
SAMİRƏ