KÖHNƏ VERSİYA            

Qızıl kəskin bahalaşır, dünya iqtisadiyyatı yeni böhrana girir - xəbərdarlıqlar edildi...

Image

Dünyada qızılın qiyməti kəskin qalxır və bəzi müstəqil iqtisadçılar bunu heç də yaxşı əlamət saymır. Aprelin ikinci ongünlüyündə qızılın qiyməti tarixdə ilk dəfə 1 unsiya (31.1 qram) üçün 2 min 400 ABŞ dollarını ötüb. Son altı ayda onun qiyməti 25 faiz artıb.

Hesab olunur ki, ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyatlar Sisitemi tərəfindən uçot dərəcəsi aşağı salınacağı təqdirdə Amerika valyutasının dəyərinin enəcəyi gözləntisi qızıla tələbatı artırır. Hazırda bu dərəcə illik 5,25-5,5% təşkil edir. Aşağı uçot səviyyəsi qızıla marağı və cəlbediciliyi artırır ki, hətta aparıcı ölkələr özləri də belə valyuta ehtiyatlarında sözügedən qiymətli metal həcmini artırmağa başlayırlar. Çünki qızıl bir sığorta mənbəyidir. Lakin məsələnin fərqli tərəfinə nəzər salanlar da var. Məsələn, iqtisadçı Natiq Cəfərli deyib ki, qızılın qiymətinin artması böhranın öncədən xəbərdarlığıdır: “Qızıl güvənli olduğundan, yatırımçılar ciddi böhran təhlükəsi yaxınlaşanda vəsaitlərini daha çox qızılda qorumağa çalışırlar. Birjalar yaranandan tarixən belədir”. İqtisadçı hesab edir ki, Azərbaycanda iqtisadi model dünyadakı iqtisadi proseslərə çox həssasdır. O bildirir ki, ixracatda hələ də enerji məhsullarının payı yüksəkdir. Bu halda böhranlar yaşananda enerji məhsullarının qiymətinin düşməsi iqtisadiyyta təsirsiz ötüşmür: “Dünyada iqtisadi daralmalar olacaqsa, neftə olan tələbat da azalacaq”. Ancaq neft qiymətləri son yarımilin ən yüksək həddinə çatıb. Təhlilçilər deyir ki, İranın İsrailə hava hücumunun ardınca qiymətlər daha da artacaq. Qeyd edək ki, iki ölkə arasındakı düşmənçilik 40 ili aşsa da, İran ilk dəfə İsrailə hücum edib. İsrailin hücumuna İranın cavab verəcəyinə dair gözləntilər nəticəsində neft qiymətləri oktyabr ayından bəri ən yüksək həddə çatıb. “Fox Business” nəşri yazır ki, “Brent” xam neftinin bir barrelinin qiyməti 92 dolları keçib: “Qiymətlərin sabitləşməsini yalnız ticarət bərpa olunanda gözləyə bilərik. Hələlik, hücumun istehsala heç bir təsiri olmayıb və İran deyir ki, məsələni başa çatdırılmış saymaq olar. Amma aprelin 14-də yaranmış durumla bağlı görüş keçirən Yeddilər Qrupu ölkələrinin liderləri İranın hücumunu qınayaraq, İsrailin güvənliyinə dair öhdəliyini bir daha təsdiqləyiblər. Onlar İrana qarşı sanksiyaları da müzakirə ediblər. 2020-ci ildə İran ABŞ-ın general Süleymanini qətlə yetirməsinə cavabını ölçülü və ədalətli şəkildə vermişdi. İran eskalasiya etmədən əvəz-əvəz prinsipinin üzərində durarsa, neft qiymətləri, qızıl, dollar və istiqrazlar münaqişənin təsiri ilə müəyyən qədər bahalaşsa belə, səhmlərin durumu baxımından üstümüzdən yük götürüləcək. İran Bayden administrasiyası dövründə özünün əsas gəlir mənbəyi olan neft ixracını kəskin artırıb. Trampın dövründə İranın neft ixracatı ciddi ölçüdə azaldılmışdı. Ağ Ev İranı ixracatını artırmağa həvəsləndirmədiyini və sanksiya tətbiq etməyi sürdürdüyünü iddia edir. İranın neft ixracatının azalması ABŞ-da neft və benzin qiymətlərinin daha da artmasına yol açacaq. Bu da payızda keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi baxımdan həssas məsələdir. Hörmüz boğazından keçən gəmilərin güvənliyi ilə bağlı potensial risqlər də bazar qiymətlərinə təsir göstərən amillərdəndir. Hörmüz boğazı dünyada istehlak olunan neftin beşdə birinə qədərinin keçdiyi yoldur. İran İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələri komandanı ötən həftənin əvvəli bildirib ki, İran zəruri sayarsa, boğazı bağlaya bilər. Xam neft qiymətlərində artıq risq artımı vardı. Bu artımın nə dərəcədə böyüməsi, demək olar, tamamilə İran və Hörmüz boğazı ətrafında hadisələrin necə cərəyan edəcəyindən asılıdır”.

Bundan başqa, indi OPEC+ ölkələri hasilatı azaltmaq yolu ilə neftin qiymətini yuxarı həddə saxlayırlar. Neft qiymətləri fonunda, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, qızıla tələbin artmasının fərqli səbəbləri var: “İnvestorlar yığım vasitəsi olaraq daha çox qızıla yönəlirlər. Rusiya-Ukrayna savaşından sonra daha az risqli vasitələrə sərmayə qoyuluşunun artması müşahidə olunur”. Ancaq Vüqar Bayramov dünya iqtisadiyyatında ciddi tənəzzül risqi görmür: “Düzdür, qlobal problemlər var, regional münaqişələr, Yaxın Şərqdə baş verənlər, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatında siyasi təsirlərə malikdir. Lakin qlobal iqtisadiyyatda artım meylləri qorunub saxlanılır, inflyasiya səviyyəsi də tənzimlənən həddədir. Ona görə, hələlik, nə Beynəlxalq Valyuta Fondunun, nə də Dünya Bankının proqnozlarında kəskin böhran siqnalları və mesajları var. Amma sözsüz, nəzərə alsaq ki, indiki iqtisadi artım qlobal olaraq dayanıqlı sayılmır, o zaman risqlərin yaranması istisna deyil”. O düşünür ki, Azərbaycan üçün praktik olaraq xarici faktor kimi neftin dünya bazar qiymətinin təsirləri var: “Hazırda neftin dünya bazarında qiyməti yüksəkdir. “Brent” markalı neftin 1 barreli 90 dolara satılır. Bu, 2024-cü ilin büdcəsində nəzərdə tutulan qiymətdən təxminən 50 faiz çoxdur. Bu kontekstdən, hələlik, regional və qlobal iqtisadi dəyişikliklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini müşahidə etmirik. Eyni zamanda, neft bazarına təsirlər yoxdur. Ona görə də, qızılın qiymətinin artması fonunda yeni qlobal risqlər və dəyişikliklər baş verərsə, Azərbaycana daxil olan valyutanın həcmi baxımından neft bazarındakı dəyişikliklər önəmlidir”. Deputat vurğulayır ki, hələlik, neftin mövcud qiyməti ölkəyə daxil olan valyutanın həcminin azalmasına deyil, artmasına səbəb olur: “Neftin qiyməti yüksək olduğundan, Azərbaycanın 2024-cü ildə proqnozlaşdırılan valyuta gəlirlərinin formalaşmasında hər hansı çətinliyin olacağı gözlənilmir”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031