Cümə axşamı günü, 17 iyul 2025
     

“Ukraynanı İsrail səviyyəsində müdafiə etməyəcəyik" - ABŞ-dan açıq söz...

Image

Elxan Şıxəliyev: "Düşünürlər, Zelenski özü elə bir vəziyyətə gəlməlidir ki, müharibənin dayanmasını istəsin"

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya raket hücumlarını nə üçün birbaşa dəf etməməsi ilə bağlı suala cavabında deyib ki, biz Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin edirdik. Təəssüf ki, hazırda bunu edə bilmirik:

"Mən bu sualı gözləyirdim. Fərqli münaqişələr, fərqli hava məkanı, fərqli təhlükə mənzərəsi".

O xatırladıb ki, Ağ Ev rəhbəri Co Bayden Ukraynadakı münaqişənin əvvəlindən ABŞ-ın münaqişəyə "döyüş rolunda" qarışmaq niyyətində olmadığını açıq şəkildə bildirib.

Qeyd edək ki, İsrailə PUA və raket hücumlarının dəf edilməsində iştirak edən ABŞ ordusunun nə üçün Ukrayna konfliktində belə rol almaması ilə bağlı müəyyən suallar yaranıb.

Kirbinin açıqlaması maraq doğurur. ABŞ rəsmisi İsraillə Ukraynanın düşdüyü vəziyyəti  kəskin fərqləndirir və bundan çıxış edərək, rəsmi Kiyevi lazımi müdafiə etməyəcəyi ilə bağlı xəbərdarlıq edir. Bir daha sübut olunur ki, sanki Ukraynanı taleyin ümidinə buraxıblar. Hər iki ölkə kənardan təcavüzə məruz qalırsa, ABŞ niyə Ukrayna ilə İsrailə münasibətdə fərqli mövqe ortaya qoyur?

Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ABŞ-ın Ukrayna - Rusiya müharibəsi fonunda belə münasibət sərgiləməsi gözlənilən idi: "Ukrayna prezidentinin gözləntiləri özünü doğrultmadı. Zelenski müharibənin gedişatının ABŞ və Qərb koalisiyasının üzərindən, onların dəstəyi ilə uğurlu olacağını düşünürdü. Bir müddət sonra, müharibənin 783-cü günündə ABŞ belə qərara gəldi ki, müharibənin dəstəkləməsinə 200 milyard dollar vəsait xərclənsə də, Ukrayna müharibə teatrını öz lehinə çevirə bilmir. Ən yaxşı halda, dayanıqlı müdafiə əməliyyatlarını icra edir. Ukrayna isə ABŞ və Qərbdən elə dəstək istəyir ki, gedib 1991-ci illərin sərhədlərinə çıxa bilsin. Bu hədəfə nail olmaq üçün Ukraynaya azı iki il vaxt lazım ola bilər. Bu müddət üçün də ən azından 200 milyard əlavə vəsait xərclənməlidir. ABŞ bu mesajı ilə Ukraynaya çatdırmaq istəyir ki, çox da həvəslənməsin. Onlar anlayır ki, Rusiya ilə uzun sürən müharibə belə onları qalib etməyəcək. Digər tərəfdən isə, İsrail-HƏMAS münaqişəsi qızışıb və ABŞ üçün faktiki olaraq ikinci cəbhə açılıb. ABŞ üçün İsrail daha böyük önəm daşıyır. Ona görə bəslənən fərqli münasibət bir qədər başadüşüləndi. Ukrayna istəklərini artıraraq ABŞ-dan F-16, "Patriot" və başqa bahalı silahlar istəyir. ABŞ ehtiyatlandı ki, Ukrayna bu silahlarla Rusiyanın dərinliyində olan hədəflərə zərbələr endirə bilər. Buna görə fikirlərini dəyişdilər. ABŞ rəsmiləri açıq bəyan etdilər ki, Rusiyanın neft emalı zavodlarını hədəf almaq arzuolunan deyil. Çünki bunun dünya iqtisadiyyatına təsiri var. ABŞ düşünür ki, müharibə dayansa, bu ona sərfəlidir. Çünki nəticədə Ukrayna iki yerə bölünəcək. Bir hissədən onlar öz təhlükəsizliyi üçün istifadə edəcək. ABŞ müharibəni praqmatik hesablar üzərində qurur. Düşünürlər, Zelenski özü elə bir vəziyyətə gəlməlidir ki, müharibənin dayanmasını istəsin. Türkiyə də bu istiqamətdə addımlar atır. Təminatın azaldılması bu səbəblə bağlıdır. Gördülər ki, sanksiyalar da Rusiyanın əzmini qırmadı. Rusiya bütün bunları hiss etdiyi üçün təzyiqi daha da artırır. Ən azından, müharibənin minimum bir il davam edəcəyini gözləməliyik".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910