Paşinyan qondarma "soyqırım" "qurban"larının siyahısını istəyir...
Ermənistan hökuməti qondarma "erməni soyqırımı"nın "qurban"larının siyahısını yoxlamağı təklif edib.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxında ölkənin hakim "Vətəndaş müqaviləsi" partiyasının gənclik qolu ilə görüşdə 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" sözündən bir dəfə də istifadə etməyib, bunun əvəzinə "böyük faciə" və "qırğın" sözlərini işlədib.
Qeyd edək ki, Paşinyanın bu çıxışı Ermənistan ictimaiyyətində və KİV-də böyük qalmaqala səbəb olub.
Bundan sonra Paşinyanın siyasi tərəfdaşı, deputat Andranik Koçaryan qondarma "erməni soyqırımı"nın "qurban"larının tam siyahısını hazırlamağı təklif edib.
Onun sözlərinə görə, Paşinyanın məqsədi qondarma "soyqırımı" ilə bağlı real əsasları formalaşdırmaq və "soyqırımı qurbanları"nın siyahısını daha obyektiv etməkdir.
"Bəlkə, onların sayı 1,5 milyondan çox və ya azdır", - deyə Koçaryan əlavə edib.