"Bu sahədə idxaldan asılılığımız sürətlə azalıb" - Ərdoğandan AÇIQLAMA
Ankarada keçirilən hökumət iclasının yekunlarına dair brifinqdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin müdafiə sənayesi son dövrdə nəhəng layihələrə imza atıb. "Ölkəmizin bu sahədə idxaldan asılılığı sürətlə azalıb"-Ərdoğan bəyan edib.
O, Türkiyənin müdafiə sektorunun artan gücünə diqqət çəkib, dövlətin bu sahənin inkişafına xüsusi dəstək verdiyini vurğulayıb. Bildirib ki, hazırda Türkiyədə 90 milyard ABŞ dolları həcmində 850 müxtəlif müdafiə təyinatlı layihə icra olunur. Dövlət başçısının sözlərinə görə, Türkiyə istehsalı 230 növ silah, müdafiə sistemi və hərbi avadanlıq 185 ölkəyə ixrac edilir.
Mətləb Salahov