İsrail İranda vuracağı hədəfləri açıqladı
İsrailin Berlindəki səfiri Ron Prosor, İranın hücumuna Tehran rejiminin hərbi obyektlərini hədəf alaraq cavab verəcəklərini və bunun təfərrüatlarına Hərbi Kabinet tərəfindən qərar veriləcəyini açıqlayıb.
Almaniyanın “Welt” televiziyasına danışan səfiri Prosor bildirib ki, İsrail mülki hədəflərə hücum etməyəcək.
"Hücum hərbi obyektlərə qarşı olacaq. Buna reaksiya vermək məcburiyyətindəyik. Bu çəkindirmənin çox açıq olması bölgə üçün də vacibdir" - səfir deyib.
İsrailin cavab verməkdə qərarlı olduğunu vurğulayan Prosor, lakin təfərrüatları açıqlamayıb: "Nə vaxt, harada və necə? Buna bizim Hərbi Kabinetimiz qərar verəcək".
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari isə, "İsrael Hayom" qəzetinə, belə bir hücum qarşısında susmağın mümkünsüz olduğunu deyib: “Seçdiyimiz vaxt və yerdə cavab verəcəyik və bununla bağlı əlavə açıqlamaya ehtiyac yoxdur...
Böyük hadisə baş verdi: ABŞ, Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi regional koalisiya havada, quruda və dənizdə mükəmməl bir şəkildə biraraya gələrək təhlükələrin 99 faizinin qarşısını aldılar. Şənbə günkü əməliyyat uğurumuz sayəsində, artıq necə hərəkət edəcəyimiz barədə bir çox variantlarımız. Düzgün şəkildə və lazımi zamanda hərəkət edəcəyik və bu mövzuda heç bir sözə ehtiyac yoxdur".
Tahir TAĞIYEV