Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Qondarma “erməni soyqırımı”ndan imtina edilir - yalansa doğru olsun...

Image

Qardaş Türkiyəyə qarşı yönəldilən qondarma "erməni soyqırımı" iddiaları həqiqətdən uzaq olmaqla bərabər, bu gün Ermənistan üçün də çətin vəziyyət yaradır. Ən azı o baxımdan ki, bu hal Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasına ciddi zərər vurur. 

Bir məsələ də dəqiqdir ki, I Dünya müharibəsinin gedişində Şərqi Anadoluda erməni millətçi ekstremistləri qoca, uşaq, qadın demədən 518 minə yaxın insanın həyatına son qoyub və yüz minlərlə türkün taleyi haqqında məlumatlar bilərəkdən məhv edilib. Lakin buna rəğmən, ermənilərin türklər tərəfindən məhv edilməsi kimi sərsəm iddialar ortalığa atılıb, 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi qələmə verilməsinə cəhd olunub. Reallıqda isə bu iddianın heç bir əsası yoxdur. Türkiyə hökuməti illərdir 1915-ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı "soyqırım" törətməsi iddiaları ilə bağlı arxivlərin açılmasına və tarixçilərin bu məsələni araşdırması üçün şərait yaratmağa çağırsa da, rəsmi İrəvan Ankaranın çağırışlarını qəbul etmir. Təkcə bu fakt onu deməyə əsas verir ki, ermənilərin Osmanlı dövründə "soyqırım"a məruz qalması uydurmadan başqa bir şey deyil  və bunu indiki Ermənistan hakimiyyəti də yaxşı bilir. Ermənistan parlamenti müdafiə komitəsinin sədri Andranik Köçəryanın açıqlamaları da qeyd edilən fonda xüsusi diqqət cəlb edir: "Ermənistanın baş naziri Nikol Paşinyan "soyqırım"a aid real əsaslar yaratmaq, soyqırıma məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir". O bildirib ki, "soyqırım"a məruz qalan milyon yarım erməninin adbaad siyahısının tərtib olunması zərurudur. Köçəryan bunun niyə zəruri olmasının səbəblərini izah etməyə çalışıb: "Məqsəd sadədir. Biz 1.5 milyon soydaşımızın ünvanını və yerini bilməliyik. Bu, bizim gələcək münasibətləri qurmağımız baxımından da vacibdir. Tarix aprelin 24-dür. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilməlidir. Əgər biz bunu belə sənədləşdirməsək qarşı tərəf həmişə deyə biləcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də... Bizdən "soyqırımı" soruşanda biz həmin 1.5 milyon erməninin adlarını təqdim edə bilməliyik. Bu adamların adları Soyqırın Muzeyinin divarlarına həkk olunmalıdır. Mən deyə bilməliyəm ki, "soyqırım"a görə bugünkü Ermənistana köçmüşəm və bu Ermənistan bizə 1946-cı ildə mühüm demoqrafik problemi həll etmək imkanı verib. "Erməni soyqırımı" ilə bağlı tarixi faktlar dəqiq deyil ki, Türkiyədə 1.5 milyon erməni həqiqətən də qətlə yetirilib, işgəncələrə məruz qalıb və öldürülüb. Paşinyanın əslində öz hökmü var, o, işgəncələrə məruz qalan ermənilərin şəxsi məlumatlarını tapmaq, oxumaq, saymaq və əmin olmaq istəyir. Tarixi faktlar, mövcud elmi əsərlər və qərarların çoxluğu onu qane etmir". Ermənistandakı Soyqırım Muzeyinin keçmiş direktoru Suren Manukyan hökumətin bu təşəbbüsünü təhlükəli hesab edir. O xatırladır ki, belə bir siyahının tərtib olunması inkar tezislərindən biridir. Onun sözlərinə görə, İrəvan bu tezisə cavab olaraq həmişə bildirib ki, nə qədər insanın ölməsi mühüm deyil, vacib olan bir qrup insanı məhv etmək niyyətidir. Manukyan Paşinyan hökumətinin təşəbbüsü barədə deyib:  "Bəli, belə çıxır ki, illər və onilliklər ərzində bunu deyən Ermənistanın özü indi buna inanmır. Bu çox qəribədir. Çünki beynəlxalq alimlər, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyası arasında belə bir konsensus, iki qətnamə var. Əlbəttə "erməni soyqırımı" olub. İndi ermənilərin bunu şübhə altına alması qəribədir. Erməni olaraq varlığımızı kimliyimiz müəyyən edir. Üç milyon ermənini Ermənistanda saxlayan budur. Ona görə yox ki, bura həyat baxımından dünyanın ən yaxşı yeridir, burada insanlar həyatın çətinliklərlə dolu olduğunu başa düşürlər. Əgər biz tarixə və zəngin irsə malik Ermənistanda deyil, müəyyən ərazidə bu bölgənin adi sakinlərinə çevrilsək, ondan sonra burada yaşamaq motivi yox ola bilər".

O qeyd edib ki, hakimiyyət qurbanların siyahısını tərtib etmək istəyirsə, o zaman ilk növbədə bunun nə üçün edildiyini başa düşməlidir: "Hakimiyyət soyqırımın nə olduğunu bilmir. Soyqırım konkret sayından asılı olmayaraq konkret qrupun irqi, dini və ya digər mənsubiyyətinə görə məhv edilməsidir. Eyni zamanda, bütün şəxslərin adlarını öyrənmək, demək olar ki, mümkün deyil. Paşinyanın təşəbbüsü ictimaiyyəti heç vaxt bitə bilməyəcək bir proseslə məşğul etmək, ona resurslar sərf etməkdən ibarətdir. Bunun fonunda türklər deyəcəklər ki, ermənilər prosesi başa çatdıranda danışarıq. Belə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti bizim "erməni soyqırımın"dan imtina etməyimizi təmin etməyə çalışır. Sanki bir mərkəzdən idarə olunur. Atılan mövzular ardıcıllıqla vurğulanır və bu iş üsulu Ermənistan hakimiyyətinə xas deyil". Keçmiş prezident Serj Sarkisyanın Respublika Partiyasının sədr müavini Eduard Şarmazanovun sözlərinə görə, Paşinyanın "real Ermənistan" bəyanatı "real Ermənistanla tarixi Ermənistan arasında məqsədli şəkildə ziddiyyət yaradır". Şarmazanov deyir ki, əvvəlcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Paşinyan indi də "soyqırım" məsələsini unutdurmaq istəyir: "Paşinyan bəlkə də Türkiyə və Azərbaycandan 24 apreli unutdurmaq göstərişi alıb". Politoloq Akop Badalyan bildirib ki, "erməni soyqırımı" ilə bağlı arxivlərdə kifayət qədər material yoxdur və belə olan halda 100 illik uydurma soyqırımı ilə bağlı dəlil-sübut tapmaq çox çətin olacaq: "Məhdud imkanlar şəraitində 1,5 milyon nəfərin adını tarixi sənədlər üzərindən bərpa etmək böyük işdir. Həm də arxivlərin əksəriyyəti başqa ölkələrdədir". O, erməni ictimaiyyətindəki çaşqınlığın dərinləşə biləcəyindən məyusluğunu ifadə edib. 

Xatırladaq ki, aprelin 24-də ermənilərin "soyqırım" adlandırdıqları hadisənin 109-cu ildönümü qeyd olunacaq. Ankara məsələnin həlli üçün Ermənistanı öz arxivlərini açmağa çağırır. Lakin İrəvan hələ də bundan imtina edir.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910