Viktor Orban Avropa Birliyini “bombaladı”
Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyini kəskin tənqid edib. V.Orban “Brüsselin siyasəti Avropa Birliyinin tabutuna tədricən mismar vurur”-deyib. “Mən əminəm ki, bu gün Brüsseldə onlar Avropanı parçalayırlar və onu məhvə aparırlar. Hesab edirəm ki, Avropanın hazırkı modeli dayanıqlı olmadığı üçün ondan imtina edilməlidir.
Avropa İttifaqı sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. Qurumun vahid qalması bizim maraqlarımıza uyğundur. Böyük çətinliklə toplananlar toxunulmaz qalsın”.- Orban vurğulayıb.
Mətləb Salahov