İsraildə rusların bank hesablarını kütləvi bağlayırlar....
İsrail bankları rusların qiymətli kağız hesabları üzrə əməliyyatları məhdudlaşdırmağa başlayıblar. Bu barədə daha dəqiq nə məlumdur və İsrail vətəndaşlığı olan Rusiya vətəndaşları vəsaitsiz qala bilərmi?
Rusiya mediası yazır ki, Böyük İsrail bankları Belçikanın “Euroclear” depozitarının göstərişi ilə Rusiya vətəndaşlarına və ya Rusiya vergi rezidentlərinə məxsus qiymətli kağızlarla hesabları ayırmağa (təcrid etməyə) başlayıblar. Bu tələb noyabrın 13-də qüvvəyə minib.
“Bu həftə geniş şəkildə kilidləmələr oldu. Əldə etdiyimiz məlumata görə, İsrailin iri banklarının əksəriyyəti artıq aktivləri bloklamaq üçün addımlar atıb” - maliyyəçi və “Smart Gen Ltd” beynəlxalq maliyyə şirkətinin təsisçisi Mark Oiqman Rusiya mediasına belə deyib. Onun sözlərinə görə, müştərilər özləri “Euroclear” da daxil olmaqla zəncirdə aktivləri olan rusların hesablarının bloklandığını elan ediblər.
Mətləb