Miqrasiya xidmətinin İctimai Şura üzvləri Naxçıvandan qayıtdılar... - FOTO
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Naxçıvana səfər ediblər. Bu barədə Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın sədr müavini, “Sosial- İqtisadi və Ekoloji İnkişaf“ İB–nin sədri Rahilə Mehdiyeva məlumat verdi.
O, bildirdi ki, Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın üzvləri Naxçıvan Muxtar Respublikasında iki günlük işgüzar səfərdə olublar. Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə baş tutan səfər zamanı nümayəndə heyətinin tərkibində Miqrasiya siyasəti və hüquqi təminat baş idarə rəisinin müavini Kəyan Hacıyev, DMX yanında İctimai Şuranın sədri Ramil İsgəndərli, sədr müavinləri Fuad Əliyev, Rahilə Mehdiyeva, katib Məhsəti Hüseynova, üzvlərdən Asim Vəliyev,Günel Gözəlova, Məmməd Kətanov və Əli Fərzəliyev iştirak edirdilər.
İctimai Şura nümayəndələri əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib.
Sonra Şura üzvləri Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə baş çəkib, əməkdaşların iş şəraiti ilə tanış olarq,geniş tərkibdə görüş keçirildi. Görüş zamanı İdarə rəhbəri Anar Xudiyev regional baş idarənin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlər, mütəmadi təşkil edilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, İctimai Şura üzvlərinin suallarını cavablandırdı.
Eyni zamanda Şura üzvləri Naxçıvan ASAN Xidmət Mərkəzinə səfər edərək , burada fəaliyyət göstərən Miqrasiya bölməsinin işi ilə tanış olublar. Mərkəzin fəaliyyəti haqqında ümumi məlumat verən əməkdaşlar təşkil olunan işin müxtəlif aspektləri barədə danışıb, üzvləri maraqlandıran sualları cavablandırıblar.
Daha sonra İctimai Şura üzvləri Naxçıvan şəhəri qanunsuz miqrantların saxlanılması mərkəzində əcnəbilər üçün yaradılan şəratin miqrasiya qanunvericiliyinə uyğun təşkil olunma vəziyyəti monitorinq edilib. Onlar burada miqrantlara göstərilən xidmət səviyyəsini dəyərləndiriblər, mərkəzin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil olunduğunu bildiriblər.
Keçirilən tədbirlərin sonunda qonaqlar Naxçıvanın tarixi abidələri, istirahət mərkəzləri,gəzməli ,görməli yerləri ilə tanış olublar.