Bazar ertəsi günü, 14 iyul 2025
     

Tarixin izi ilə - Xəlil ağa Lenini yox, yaxın qohumu Leylini söyübmüş

Image

(Aprelin 22-də proletariatın dahi rəhbər V.İ.Lenin anadan olmuşdur)

Xəlil ağa  qardaşı Zeynal ağa Alabaşlı dəmir yolu vağzalında ermənilər tərəfindən qəsdən faciəli şəkildə qətlə yetiriləndən çox narahat idi. Axtarışda olduğundan nə üzə çıxıb açıqdan-açığa şikayət edə, nə də irəli durub ermənilərlə haqq-hesab çəkə bilirdi. Bu dərdin intiqamı ilə qovrula-qovrula yaşayan Xəlil ağanın 1924-cü ildə bir yersiz hərəkəti onu da, illərlə orda-burda gizlənən ailənin digər üzvlərini də yenidən hədəfə gətirir. 

Gürcüstan tərəfindən gələn rus əsgərlərinin Şəmkirin ərazisinə girməyə yaxın buraxmayan Şamxor qiyamının əsas dəstə başçılarından və təşkilatçılarından olan qolçomaq Xəlil ağa günün-günorta çağı küçədə, qonşuların yanında yeni quruluşun ən böyük rəhbəri, bolşeviklərin sevimlisi Vladimir İliç Lenini söyür, rəhbərin vəfatının ili çıxmamış onun ruhunu narahat edir. Bunu da çuğul dərhal əzizinə yas saxlayan yeni quruluşun böyüklərinə çatdırır. Yarım saat çəkməmiş "cinayətkarı" həbs edib, axşamı yatab edirlər Kirovabad (Gəncə) türməsinə. 

Narahat olan qohum-əqrəba əl-ayağa düşür. Söhbət gedib Xəlil ağanın anası Güllünün Gəncədə yaşayan dayısı oğlu, yeni hökumətin yanında sözü ötənlərdən olan, diviziya komandiri Cəlil Əliyevə çatır. Sən demə, Cəlil Əliyev əslən Gorandan olan Şamxor (Şəmkir) rayon prokuroru ilə (Təəssüf ki, adı unudulub) köhnə dost imiş. Hər iki dostun "məsləhət-məşvərətindən" sonra vəziyyət dəyişir. Səhəri axşam tərəfi Cəmil Əliyevin kiçik qardaşı Musa müəllimin vasitəçiliyi ilə Xəlil ağanı qazamatdan qurtarmağa söz verənlərə istənilən qədər qızıl pul çatdırılır. Bundan sonra aparılan istintaq işinin nəticəsindən və alınan yeni şahid ifadələrindən məlum olur ki, Xəlil ağa küçədə, camaatın içində qonşusu ilə höcətləşəndə Lenini yox, öz qohumu Leylini söyübmüş. 

Prokuror və müstəntiqlər çuğulun yeni quruluşun məmurlarına yanlış xəbər gətirməsinə "təəssüflənib", onu ayıq-sayıqlığına görə tərifləyirlər. Sonda Xəlil ağa Bədirbəylini qohumu Leyli ilə münasibətlərini barışıb qaydaya salmaq şərtilə azadlığa buraxırlar.

Bu zaman Gəncəbasar bolşeviklərinin lideri Əliheydər Qarayev qolçomaqlara qarşı mübarizədə yaxın qohumlarla yanaşı, qapıbir qonşuları da biri-birinə qarşı qoymağı ən vacib amillərdən biri kimi hər çıxışında tövsiyə edirdi. Bununla da insanları öz dini-mənəvi dəyərlərinə qarşı çıxmağa, doğmalarından, yaxınlarından üz döndərməyə vadar edirdilər. Xəlil ağanın qonşusunun timsalında bu, real nəticə idi.

Lenin və Leyli əhvalatından üç il sonra Xəlil ağanı yenidən repressiya maşınının ağzına itələyirlər... O, evindən çıxanda, küçədə yeni quruluşun adamları tərəfindən öyrədilmiş qapı-qonşusu ilə heç nədən sözləri çəpləşir. Qonşu haqq-nahaq dirəşir ki, sənin Gədəbəy qaçaqları ilə əlaqən var, arvadın Zinyət xanım Gədəbəy qaçaqlarının başçısı Məcid ağanın yaxın qohumu Məşədi Məhəmmədin qızıdır. Qayınatan mülkədardır, özünün də qaçaqlarla əlaqən var...  Sən hər yerdə deyirsən kolxoza yazılmayın, camaat arasında yeni quruluşa qarşı əks-təbliğat aparırsan... Bu saat gedib NKVD-yə çatdıracam... 

 Əsəblərini cilovlaya bilməyən Xəlil ağa hamının gözü qarşısında ona böhtan atan, yalandan üzünə durmaq istəyən qonşusunu bıçaqlayıb öldürür. NKVD və Siyasi İdarə əməkdaşlarının gecə-gündüz göz dustağına çevrilən qolçomaq oğlu mülkədar Xəlil ağanı 1928-ci ildə yenidən həbs edirlər. Bu zaman qohumların Xəlil ağanı güllələnmədən, yaxşı halda gedər-gəlməzə sürgündən qurtarmaq üçün Gəncəbasarda döymədikləri qapı qalmır... Bir ilə yaxın istintaq aparan NKVD müstəntiqləri yaxşı qızıl pul müqabilində Xəlil ağa Bədirbəylini  Fövqəladə Üçlüyün qərarı 10 il müddətinə sürgünə göndərilməsinə nail ola bilirlər.

Bir neçə ildən sonra Rusiyadan başqa adamın vasitəsi ilə Xəlil ağanın Gəncədə yaşayan rus əsilli uzaq tanışlarından birinin ailəsinə məktub gəlir. Məktubda yazılan üstüörtülü anlaşmadan təxminən bir ay sonra bu "xoş xəbər" Şəmkirdə, Morul kəndində axşamdan xeyli keçmiş Xəlil ağanın ailəsinə  çatdırılır. Bundan az müddət sonra rus dili bilən qohumlardan biri məktubun izi ilə Sibirə - çətinliklə də olsa, məktub gələn kəndə gedir, yaxınlıqdakı sürgün düşərgəsini tapa bilir. Beləliklə, vaxtilə həmin sürgün düşərgəsində olmuş, sonradan yaxınlıqdakı kənddə ailə qurub-yaşayan adamla gizli əlaqələr yaranır. Bu əlaqələr nəticəsində küllü miqdarda qızıl pulun hesabına Xəlil ağa 6 ildən sonra, 1933-cü ildə sürgündən qayıda bilir.       

                                                    xxx

 Sürgündən qayıdan Xəlil ağanın səsi alınmışdı, heç bir sovet idarəsinə, kolxoz işinə yaxın buraxmırdılar. Neçə il idi ki, ailəsini və özünü həyətyanı təsərrüfatı ilə dolandırırdı. Şamxor NKVD-sində döyülə-döyülə öldürülən atası Qədim ağanın 40-ı çıxmamış, 1937-ci il sentyabr ayının 10-da gecənin yarısı Xəlil ağanı "qolçomaqsan" deyə üçüncü dəfə həbs edirlər. İstintaqın gedişində onun sovet hökumətini devirməyə, sarsıtmağa, zəiflətməyə və ayrı-ayrı əksinqilabi cinayətlər etməyə çağıran təbliğat və təşviqata meylli olduğunu boynuna qoyaraq, özünün də iştirakı olmadan keçirilən məhkəmə iclasında  Fövqəladə Üçlüyün 7 oktyabr 1937-ci il tarixli qərarı ilə əmlakı müsadirə edilməklə, "xalq düşməni" elan edilərək 10 il müddətinə - 5 il siyasi hüquqlardan məhrum edilməklə yenidən Sibirə sürgün edilir. 

                                                    x x x 

Ailəsi və yaxınları uzun illər bilməyiblər ki, Xəlil ağa Rusiyanın hansı cəhənnəminə sürgün edilib. Nə qədər yaşayıb, nə vaxt ölüb, harada dəfn olunub... Doğmaları illərlə sovetlər birliyinin aidiyatı orqanlarına bu suallarla dolu məktublar, ərizələr, müraciətlər ünvanlasalar da, istənilən cavabı ala bilməyiblər. Bilinən odur ki,  62 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1990-cı il 6 mart tarixli qərarı ilə Bədirbəyli Xəlil ağa Qədim ağa oğlu haqqında 1937-ci il 7 oktyabr tarixli qərarı ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir. 

        Rəhman SALMANLI,

              "Azərbaycan"




VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910